Ziya Məmmədov işsiz qalmasından danışdı: “Heç bilmirəm nə olacaq…”

0
648
 

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov başçılıq etdiyi nazirliyin nəhayət ləğv olunmasına və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsinə şərh verib. O, unikal.org-a deyib ki, sərəncam ölkə başçısı tərəfindən imzalanıbsa, bunu yüksək qiymətləndirir: “Aidiyyatı üzrə icra olunmasını zəruri hesab edirəm”.

“Bundan sonra hansı işlə məşğul olacaqsınız? – sualına sabiq nazir belə cavab verib: “Hələ sərəncamla tanış olmamışam. Oxuyum sonra bu barədə danışarıq”.

Keçmiş nazir müsavat.com-a da açıqlama verib. Bunları deyib: “Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı heç özüm də bilmirəm ki, nə olacaq, necə olacaq”. Sabiq nazir “indən sonra hansı vəzifədə çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı” sualına belə cavab verib: “Bu barədə heç nə deyə bilmərəm. Öz başına deyiləm ki. Bu işlər mənim səlahiyyətimdə deyil”.

BIR CAVAB BURAXIN