Ziya Məmmədov daha bir vəzifəsini itirdi

0
702


 

Ziya Məmmədov 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsindən uzaqlaşdırılıb.

Sabiq nazir 2017-ci ildə Bakıda keçiriləcək Voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin və 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Təşkilat Komitəsinin üzvlüyündən də çıxarılıb.

Qeyd edək ki, sabiq nazir Prezidentin 18 noyabr 2015-ci il tarixli IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında imzaladığı sərəncamla təşkilat komitəsinin üzvləri sırasında təmsil olunurdu.

Xatırladaq ki, bir müddət əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar nazirliyinə birləşdirildi. Sərəncamdan sonra Ziya Məmmədov nazir vəzifəsini itirmiş oldu.

Onu da nəzərə çatdıraq ki, Ziya Məmmədovu həmin vəzifələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə əvəzləyəcək.

 

BIR CAVAB BURAXIN