Ziya Bünyadov prospektində tıxaclar nədən yaranır?

0
998

Avtomobil tıxaclarının qarşısını almaq və ya heç olmasa vəziyyəti bir qədər yaxşılaşdırmaq üçün əvvəlcə bunun səbəblərini dəqiq müəyyən etmək və hər bir səbəbin neytrallaşdırılması istiqamətində tədbirlər görmək lazımdır.

Ümumiyyətlə, tıxacı yaradan obyektiv və subyektiv səbəblər var. Obyektiv səbəblərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən bir sıra tədbirlər həyata keçirilməlidir.

Qanunla.Az xəbər verir ki, Ziya Bünyadov prospektlərində tıxaclar nədən yarandığının araşdırmaq üçün əməkdaşlarimiz ərazidə çəkliş aparıb.Bildiririk ki, yol kənarlarında tikinti materıalları satan mağazalar sürücülərin hərəkətinə böyük maneə yaradır. Sahibkarlar nece gəldi tikilmiş mağazalarını az qala yolun hərəkət hissəsinə çıxardalar.

Qeyd olunan problemlərin olması avtomobil sürücülərinin uzun müddət yollarda qalmasına səbəb olur.Bununla əlaqədar şəhərdə saatlarla davam edən tıxac yaranır.

Sürücülər bildiriblər ki, yol kənarlarında tikinti materıalları satan mağazalar avtomobillərin hərəkətinə çox maneələr yaradır. Bu problemin aradan qaldırılması üçün yollar genişləndirilməlidir. Sözü gedən prospektin genişləndirilməsi və bu problemin aradan qaldırılması üçün tikinti mağazaları sökülərək şəhərətrafı ərazilərə köçürülməlidir.

Xahiş edirik əlaqədar qurumlardan yol kənarındakı mağazalar haqqında ölçü götürsünlər.Bu mağazalar prospektin yollarını iflic vəziyyətə salır.Hər gün bu yolda saatlarla tıxacda qalırıq.

Ümid edirik ki, Bakı Şəhər İcra Hakimiyyəti  Ziya Bünyadov prospektindəki narazılıqlarla bağlı məsələyə obyektiv yanaşacaqdır.

image-tixac-1 image-1649774463_f44df245-4e35-4150-bab5-d3d9485803f2_850 image-img-20221110-wa0018 image-244378