Vətən müharibəsinin şəhidi İbrahim Cəbrayıllının vəfatının 2-ci ildönümüdür.
Qanunla.Az xəbər verir ki,bununla əlaqədar Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri şəhidin ailə üzvləri ilə birlikdə onun məzarını ziyarət edib, ruhuna dualar oxunub.
İcra başçısı Mərdan Camalzadə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə əks hücum əməliyyatına başlayan silahlı qüvvələrimizin 44 günlük vətən müharibəsində şanlı qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini və qəhrəmanlarımızın qanının yerdə qalmadığını bildirib. Qeyd olunub ki, qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, onların hər biri orden və medallarla təltif olunub, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə ediliblər.
Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, maddi və mənəvi köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.