Zərdabda sağlamlıq imkanı məhdud gənclərlə bağlı layihə yekunlaşdı

0
594

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyi tərəfindən “Sağlamlıq imkanı məhdud olan gənclərə kompüter proqramlarının təlimi” adlı layihənin icrası başa çatıb.

Birlikdən Zerdab.com saytına verilən məlumata görə, 4 ay davam edən layihə sağlamlıq imkanı məhdud olan gənclərin yaradıcılıq və təhsil imkanlarının artırılması, məşğulluq problemlərinin həll edilməsi, eləcə də əqli, fiziki, sosial və peşə bacarıqlarından tam şəkildə faydalanmalarını təmin etmək məqsədilə onlara kompyuter proqramlarının təlimindən bəhs edib.

Çay süfrəsi ətrafında baş tutan təlimdə layihənin təlimçisi Nicat Rəhimov təlim iştirakçılarına kompüter bilikləri barədə ətraflı məlumat verib.

İştirakçılara mövzuya uyğun hazırlanmış bukletlər paylanılıb.

Tədbir Zərdab rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyi ilə rayon Gənclər Mərkəzində həyata keçirilib.

Tədbirlərdə Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev və idarənin əməkdaşları yaxından iştirak ediblər.

BIR CAVAB BURAXIN