“Azərbaycan Könüllülük Həftəsi 2022” çərçivəsində 07 dekabr 2022-ci il tarixdə Zərdab Rayon Gənclər və İdman idarəsinin və Zərdab Gənclər evi SXM – nin birgə təşkilatçılığı ilə “Könüllülük uğurlu gələcəyin başlanğıcıdır” adlı musiqili konsert proqramı keçirildi.
Qanunla.Az xəbər verir ki,ilk öncə ölkəmizdə Dövlət Gənclər Siyasətinin banisi Ümummilli lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov , Zərdab Gənclər evi SXM-nin direktoru Jalə Kərimli və Mədəniyyət mərkəzinin direktoru Elyurə Məmmədova çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə könüllü hərəkatının genişləndirilməsi və inkişafı istiqamətində görülən işlərdən, könüllülük fəaliyyətinin mahiyyətindən, cəmiyyətimizin bütün təbəqələrini əhatə edərək gənclərimizin həyat tərzinə çevrilən könüllülük ruhunun daha geniş vüsət almasından bəhs etdilər.
Daha sonra Zərdab Gənclər Evi və Zərdab Gənclər və İdman idarəsinin könüllüləri, Ağdaş Regional Mədəniyyət İdarəsinin Zərdab Rayon nümayəndəliyinin əməkdaşları, Gəlmə və Yarməmmədbağı kənd tam orta məktəbin şagirdləri, Uşaq incəsənət məktəbinin tələbələri tərəfindən hazırlanan səhnəciklər, rəqslər və musiqi proqramları tədbir iştirakçılarına nümayiş olundu.