Zərdab rayonun bütün küçələrində,qəsəbələrində ağacəkmənin növbəti mərhələsi uğurla davam etdirilir. Zərdab şəhər İcra Hakimiyyətinin başçısının Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Yaşıllaşdırma Təssərrüfatı müəssəsinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası rayonun Heydər Əliyev prospektində keçirilmişdir.
Yaşıllaşdırma Təssərrüfatı müəssəsinin rəisi Səməd Cəfərov Qanunla.Az-a açıqlamasında bildirib ki,rayon ərazisində yaşıllaşdırma sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq müvafiq təmizləmə işləri aparılmış, mövcud olan yaşıllığlara qulluq edilmişdir.Rayon ərazisində 200-dən artıq şam və sərv ağacları əkilmişdir. Ağacəkmə aksiyasının keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti,təbiətə qayğı hissini təbliğ etmək olub.Bu aksiya bir tərəfdən ölkədə yaşıllaşdırma hərəkatına dövlət rəhbərliyinin diqqət və dəstəyi kimi qiymətləndirilir.
Mövsümün sonuna qədər rayonun küçələrində,parklarda və qəsəbələrində ağacəkmə aksiyaları davam etdiriləcəkdir.
Vüqar Rəhimov