“Zəngəzur” sənədli filmi sosial şəbəkələrdə də paylaşıldı

0
867

“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi “Zəngəzur” sənədli filmini sosial şəbəkələrdə paylaşaraq, ictimaiyyətə təqdim edib.

Arazinfo.com saytına Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan verilən məlumata görə, Azərbaycan, rus və ingilis dillərində olan film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Tarix İnstitutu və “Virtual Qarabağ” İKT Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.

Sənədli filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarixçi alim Nazim Mustafa, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.

Filmin linki: https://www.youtube.com/watch?v=pGmNEJ0nwo0

BIR CAVAB BURAXIN