Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib

0
1379

İyrimi yeddi illik nisgilə son qoyulan bir tarix-20 oktyabr 2020-ci il. Müzəffər Azərbaycan ordusunun, rəşadətli Azərbaycan əsgərinin şanlı zəfər tariximizə öz canı, öz qanı bahasına yazdığı bir səhifə-qələbə səhifəsi, qəhrəmanlıq salnaməsidir. Bəli, 20 oktyabr 2020-ci il tarixdə Zəngilan torpağında əbədi dalğalanacaq üçrəngli bayrağımız göylərə yüksəldi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonundan düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdüdlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı.

Zəngilanın azad edilməsi ilə Azərbaycan-İran sərhədi 132 kilometr məsafədə tam bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlandı.  “Böyük Qayıdış” üçün dövlətimiz tərəfindən bütün mövcüd potensialları səfərbər olunub. İşğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi sürətlə davam edir. Zəngilanın Ağalı kəndində birinci pilot layihə icra edildi. 200 evdən ibarət gözəl kənd salındı. Kənddə məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bir sözlə bütün xidmətlər mövcuddur. Təməli qoyulan Zəngilan-Horadiz yolu strateji əhəmiyyi ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.

Bu tarixi zəfər nəsildən-nəsilə danışılacaq, dastanlaşacaq, əbədiyyət qazanacaq.

 

Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin müəllimi- Məmmədov Eşqin