“Yüz ilin tənhalığı” romanının sirri və Marquez-in heç vaxt Buenos-Ayresə qayıtmamasının müəmması

0
703

Gabriel García MárquezFotonun müəllifiULF ANDERSEN

Juan Carlos Pérez Salazar BBC Mundo-nun saytında əfsanəvi yazıçının əfsanəvi kitabı ilə bağlı əfsanələrdən yazıb.

Gabriyel Garcia Marquez-in pərəstişkarları yəqin ki, onun həyatında belə bir epizodun olduğunu bilirlər:

Yazıçı 1966-cı ilin sentyabrında “Yüz ilin tənghalığı” (Cien Años de Soledad) romanı üzərində 18 aylıq işdən sonra özünün Mexiko şəhərindəki evindən yaxınlıqdakı poçtxanaya yollanıb ki, əsərin 500 səhifəsini Buenos Ayresə göndərsin.

Poçt idarəsində bəlli olub ki, onun və arvadı Mersedesin kitabın yalnız yarısını göndərmək üçün pulları var.

Onlar 250 vərəqi göndərəndən sonra evə qayıdıblar və olub-qalan əşyalarını saçqurudan, istilik sobasını və blender-i lombarda verərək aldıqları pulla kitabın qalan hissəsini də göndəriblər.

Evə qayıdarkən yazıçı ürək-göbəyini yeyirmiş ki, Mercedes 18 ayda ürəyində yığılıb qalan bütün hirs-açığını onun təpəsinə tökəcək.

“Üstəlik də kitabı bəyənməsələr vay mənim halıma” – düşünürmüş yazıçı.

Mif və reallıq

Həyatının bütün başqa epizodları kimi, ola bilsin, bu epizodu da Qabriyel Garcia Marquez bəlkə də maraq yaratmaq üçün uydurub.

Bu makinədə Garcia Marquez özünün bəzi romanlarını yazıbFotonun müəllifiEITAN ABRAMOVICH
Image captionBu makinədə Garcia Marquez özünün bəzi romanlarını yazıb

Təsadüfi deyildir ki, böyük ədib özünün məşhur “Epiqraf” memuarlarında yazır: “Həyat insanın yaşadığı yox, yadında qaldığı kimidir”.

Bu, əsərlə bağlı yeganə uydurma deyil. Bəzən belə bir təəssürat yaranır ki, Marquez “Yüz ilin tənhalığı” romanının mənşəyini miflər və dumanlıqlar arasında bilərəkdən itirməyə çalışıb.

O 2002-ci ildə Kolumbiyanın Cambio jurnalında dərc olunmuş məqaləsində yazırdı:

“Qəflətən 1965-ci ilin əvvəlində, mən Mersedes və iki oğlumla Akapulkoya həftəsonuna getməli oldum. Burada qəlbim elə bir kataklizmlə işıqlandı və ürəyim o qədər sürətlə döyündü ki, az qala yolu keçən inəyi vuracaqdım. Bu an Rodriqo sevinc dolu səslə çığırdı:

“Mən böyüyəndə bütün inəkləri öldürəcəyəm”.

Bu istirahətdən qayıdandan sonra Marquez yazı stolunun arxasına keçib və belə bir cümlə yazır:

“Bundan çox illər sonra onu güllələyəcək əsgərlərin qarşısında dayanan polkovnik Aureliano Buendia bir günorta çağı atasının onu buzluqlara apardığını xatırladı”.

“Bu cümlədən sonra mən bir an da qələmi yerə qoymadım” – yazır yazıçı.

Fotonun müəllifiBBC MUNDO
Image caption“Yüz ilin tənhalığı” romanının ilk nəşri

Amma bundan 20 il əvvəl öz dostu Plinio Apuleyo Mendoza ilə söhbətləri barədə kitabda Qabo tamam başqa versiyadan danışır:

“Bir gün Mercedes və uşaqlarla Akapulkoya gedərkən mənə vəhy gəldi: Nənəmin mənə danışdığı xatirələri qələmə almalıyam…”

Bir yerdə isə o yazır: “Düzü mən heç vaxt Akapulkoya getməmişəm…”

Məşhur üz qabığı

Özünün “Gabriel Garcia Marquez” kitabında britaniyalı Gerald Martin yazır ki, ailənin Akapulkoya getməsi inandırıcıdır, lakin bu əsərin yazılması ilə bağlı nəsə bir sirr, hətta möcüzə mövcud olmuş olmalıdır.

“Yüz ilin tənhalığı” əsərinin yazılmasından, 1967-ci ildən əlli il keçməsinə baxmayaraq bu sirr hələ də romanın başı üstündən asılıb.

Belə bir (ola bilsin ki saxta) versiya da var ki, ispan naşir Carlos Barral əvvəlcə kitabın çapından imtina edib.

Fotonun müəllifiBBC MUNDO
Image caption“Yüz ilin tənhalığı” romanının məşhur ikinci nəşri Vicente Rojo tərəfindən imzalanıb.

Başqa bir həqiqətə bənzəyən məlumata görə kitabı Ekvadorda satan Vicsnte Rojo hər bir nüsxənin üz qabığındakı E hərfini düzəltməli olub. O belə düşünürdü ki, bu, illüstrasiya rəssamının ideyası yox, orfoqrafik səhvdir.

Bu da deyilir ki, Qabonun kitabı yazdığı 18 ayda evin bütün işlərini Mercedes Barcha görürmüş.

Yazıçının kiçik qardaşı Eligio Garcia Marquez deyirdi ki, birinci həftədə kitabın 1800 nüsxəsi satılıb. Üç həftə ərzində bütün 8 min nüsxə satılıb qurtarıb.

Argentina yazıçısı Tomás Eloy Martínez o vaxtlar Primera Plana jurnalının redaktoru idi.

Ona bu kitabı göstərəndə o qədər həyəcanlanıb ki, hətta Mexikoya yazıçısın özü barədə reportaj hazırlamaq üçün müxbir göndərməyi qərara alıb.

Marquez-in Buenos-Ayresə gəldiyi tarix barədə bir neçə versiya var, amma Martinez iddia edir ki, Marquez-in başına şöhrət çələnginin qonduğu anı dəqiq xatırlayır:

“Yüz ilin tənhalığı” romanının məşhur ikinci buraxılışı

“Biz o axşam Tella teatrına getdik. Yadımdadır ki, “Siam ekizləri” oynanırdı. Mercedes və yazıçı zala daxil olub yerlərini tutdular. Birdən tamaşaçılardan kimsə “Yazdığın romana görə əhsən” deyə çığırdı. Zalı alqışlar bürüdü…”

O ki, qaldı Marquezin bir daha Buenos-Ayresə səfər etməməsinin müəmmasına, yazıçının özü bu barədə heç nə deməyib.

Buenos Aires
Image captionBuenos-Ayres

Lakin Argentinın Page 12 qəzetində onun dostu, yeni ispan-amerikan jurnalizmi fondunun direktoru Jaime Abello Banfinin yazdığına görə, bu ədibin başqa bir əsəri ilə bağlı ola bilərdi.

O “La hojarasca” (Ölü yarpaqlar) kitabının əlyazmasını naşir Guillermo de Torreyə göndərmişdi.

Deyilənə görə, Torre ona daha heç vaxt əlinə qələm almamağı məsləhət görübmüş.

Halbuki bu kitab, sonralar yazılacaq “Yüz ilin tənhalığı” əsərinin bünövrəsi sayılır. İlk dəfə 1955-ci ildə Kolumbiyanın kiçik bir nəşriyyatında çap olunmuş bu əsərə yazıçı tam yeddi il naşir tapa bilməyibmiş.

Ola bilsin ki, Marquez elə o vaxt Buenos-Ayresdən incik düşüb.

Amma necə olursa, olsun, Argentina paytaxtı “Yüz ilin tənhalığı” romanını bürüyən əfsanənin bir parçasıdır.

BIR CAVAB BURAXIN