Turinin “Yuventus” futbol klubunun hücumçusu Paolo Dibalaya birdən-birə dünyanın üç ən güclü klubu, “Bavariya”, PSJ və “Manşester Siti” elçi düşüb.
Arazinfo.com-un football.kulichki-yə istinadən verdiyi xəbərə görə, “Yuventus” klubu isə Dibalanın transferinin yalnız futbol mövsümünün sonunda, yayda baş tuta biləcəyini bildirib. Məsələ ilə bağlı İtaliyanın “Tuttosport” qəzetinin yazdığına görə, turinlilər Dibalanı ən azı 100 milyon avroya sata biləcəklərini bəyan ediblər. Dibalanın ona elçi düşən “Bavariya”, PSJ və “Manşester Siti”dən hansını seçəcəyi isə hələlik məlum deyil.