Yusif Mustafayev “Xəzər TV”-də-dediklərini təkzib etdi…-video

0
1216

 

Əməkdar artist Yusif Mustafayev “Xəzər TV”-də yayımlanan Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində Salyandakı qətllə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib.

Musavat.com-a açıqlama verən sənətçi bildirib ki, qətldən xəbərdar olmayıb: “Balalarımın canı üçün qətldən xəbərim yox idi. Kimin qanı, namusu götürər ki, Azərbaycan qadınları öldürülsün? O ağsaçlı qadına necə əl qalxar? Mənə dedilər ki, qadın qızları ilə Türkiyəyə gedib. Mən də dedim ki, araşdırsınlar. Mənə deyilməmişdi ki, kişi arvadı və qızlarını öldürüb. Ağzımı açmışdım ki, aparıcı mənim sözümü kəsdi və danışmağa qoymadı. Mən qatilə necə dayaq ola bilərəm? Allah var, canımı alar, balalarımın qabağına çıxarar.  Mənə yanlış məlumat verib, biabır etdilər. Mən sənət adamıyam, saçımı bu yolda ağartmışam. Xalq məni sevir. Mən necə cinayətə haqq qazandıraram?

Dünəndən özümə gələ bilmirəm. Dövlətimiz, qanunumuz var. 5 adamı öldürən qatili Allah da, dövlətimiz də bağışlamaz. Mənə yanlış məlumat verib, bəlaya saldılar. Hamı məni tənqid edir. Amma gerçəyi bilmirlər. Sizin vasitənizlə Azərbaycan xalqına səslənirəm. Mən qatilə tərəf olmamışam, olmaram da. Məni səhv məlumatlandırdılar”.

Qeyd edək ki, ifaçı hadisə ilə bağlı danışarkən belə deyib: “O adama bəraət qazandırmıram. O da kişi olub, bayıra çıxıb. Onun qulağına ailəsi ilə bağlı sözlər gəlib. Hamı dağılıb Türkiyəyə getsin? Namus-qeyrət gedir. Qoyun, cavanlarımıza dərs olsun”.

Aparıcı isə onun sözünü kəsib və bildirib ki, sənətçinin fikirlərinə hörmət edir və onunla razılaşmır.

BIR CAVAB BURAXIN