Yunanıstanda Qərbi Nil virusundan 16 nəfər ölüb

0
592

Yunanıstanda Qərbi Nil virusuna yoluxan 133 nəfərdən 16-sı ölüb.

AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, avqustun 23-nə olan məlumata görə, xəstəliyə yoluxan 107 nəfərdən 11 həlak olmuşdu. İnsanlara ağcaqanadlar vasitəsilə keçən virus əsasən Attika və Mərkəzi Makedoniya olmaqla, bir çox vilayətdə qeydə alınıb. Cari ilin yay aylarının yüksək temperaturlu və yağışlı olması virusun geniş yayılmasına səbəb olub.

Xəstəliklərin Profilaktikası və Nəzarət üzrə Milli Mərkəzi yerli orqanlara ağcaqanadlarla daha fəal mübarizə aparmağı məsləhət görüb.

BIR CAVAB BURAXIN