Cebhe.info bu ölkələrlə bağlı məlumatları təqdim edir:
1. Norveç. Bu ökədə sosial haqlar yaxşı qorunur və əmək haqqı yüksəkdir. Ancaq yaxşı iş tapmaq üçün öz sahəndə mütəxəssis olmalısan.
2. Kanada. Müxtəlif ölkələrdən iş üçün gedənlərin çoxu bu ölkəni seçir. Sosial haqlar yaxşı qorunur və iş şəraiti yüksək standartlara cavab verir.
3. ABŞ. Bu ölkə işləmək istəyənlərin xəyalındakı ölkədir. İşsizlik faizi aşağıdır və saat hesabı çalışmaqla da qazanmaq mümkündür.
4. Avstraliya. Güclü iqtisadiyyata malikdir və işsizlik faizi çox aşağıdır.
5. İsveçrə. Burda işdən çıxarılma faizi çox aşağıdır, əvəzində iqtisadiyyatı güclüdür. 25 mindən artıq iş sahəsi var.
6. İngiltərə. Bu ölkə dünyada ən çox iş sahəsinin olduğu ölkədir- 80 min. Ən müxtəlif sivilizasiyaların mənsubları burda rahatlıqla iş tapır. Yetər ki, işləmək həvəsi və bacarığı olsun.
7. Çin. İqtisadiyyatı ilə dünyaya meydan oxuyan Çində işləmək istəyənlər üçün meydan var.
8. Almaniya. Əcnəbi işçilərə müxtəlif sahələrdə ehtiyac var. Ancaq peşəkarlıq öndədir.
9. İrlandiya. Dünyanın önəmli texnoloji şirkətlərinə ev sahibliyi edən bu ölkə Avropada milli gəlirin ən yüksək olduğu ölkələrdən biridir. Əcnəbilərə də iş yerlərinin qapısı açıqdır.
10. Qətər. İnşaat, mühəndislik və səhiyyə sahələrində iş imkanları daha yüksəkdir. Bu sahələrdə əcnəbilərə yüksək maaş və sosial haqlar təklif edir.