
Yerevanda polis etiraz aksiyasına çıxanların şəhərin mərkəzində tutduqları ərazini güc tətbiq etməklə təmizləməyə çalışır.
Virtualaz.org-un Ermənistan bölməsi bildirir ki, bəzi yerlərdə etirazçılarla polis əməkdaşları arasında toqquşmalar qeydə alınır.
“Arturun qətli onları bütün həyatları boyu təqib etməlidir. Biz qətllərə və həyasız yalanlara daha dözməyəcəyik”, – deyə aksiyanın təşkilatçılarından biri-Şaen Arutyunyan mitinqdə bildirib.