Yerevanda nümayişçilərə qumbara atdılar

0
584

Yerevanda nümayişin dağıdılması zaman erməni polisi döyüş qumbaraları tətbiq edib. Bunu qəlpə yaraları almış etiraz aksiyası iştirakçılarının fotosundan da görmək mümkündür.

Həmçinin məlum olub ki, “Sasna srer” silahlı qrupunun üzvlərindən biri, 17 iyulda Yerevanda post-patrul alayının binasını ələ keçirmiş Eduard Qriqoryan yaralanıb və xəstəxanaya yerləşdirilib. Lakin bu gün qohumları və vətəndaş cəmiyyətinin nümayəndələri onu tapa bilməyiblər. E.Qriqoryan xəstəxanada yoxdur, onun hara aparılması və hazırda olduğu yer məlum deyil.

İctimai fəallar Andrias Qukasyan və Davi Sanasaryanın həbs olunması haqda da informasiya yayılıb.

*   *   *13:53

Yerevanın Sari Tah məhəlləsində güc strukturları ilə nümayişçilər arasında dünən axşam baş verən qarşıdurma zamanı polis səddinin arxasından qəfil irəli keçən mülki geyimli bir qrup şəxs paltarlarının altından dəmir dəyənəklər çıxararaq etirazçıları amansızcasına döyməyə başlayıblar.

Həmin şəxslər polislərlə koordinasiyalı fəaliyyət göstəriblər. Onlar KİV nümayəndələrinə də fərq qoymayıblar. Yeri gəlmişkən, “Azadlıq” radiosunun, “Aykakan jamanak”ın, A1 + “Ermənistan”ın, “Life” və Rusiya KİV-in bir sıra müxbirləri məhz bu vaxt xəsarət alıblar.

Vahan Martirosyan

Virtualaz.org-un xüsusi müxbiri

BIR CAVAB BURAXIN