Yeni təşkilatlar daha çox Bakıda yaradılır

0
727


 

Ötən il ərzində yeni yaradılmış müəssisə və təşkilatların 97,4 faizi xüsusi mülkiyyətli (o cümlədən 6,7 faizi tam xarici investisiyalı, 1,7 faizi birgə mülkiyyətli), 0,1 faizi bələdiyyə mülkiyyətli, 2,5 faizi isə dövlət mülkiyyətli müəssisələrin payına düşür.

Dövlət Statistika Komitəsindən Axar.az-a bildirilib ki, qeydiyyatda olan müəssisə və təşkilatların 54,1 faizi Bakıda yerləşir.

Yeni yaradılmış müəssisə və təşkilatların 63,5 faizi Bakıda, 11,4 faizi Aran, 7,4 faizi Abşeron, 4,6 faizi Lənkəran, 4,3 faizi Gəncə-Qazax və 2,9 faizi Quba-Xaçmaz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıb.

 

BIR CAVAB BURAXIN