Yeni Ronaldo gəlir

0
796

Braziliya millisinin gənc ulduzu Qabriel Fernando de Jesus irəliləyən performansı ilə diqqətləri üzərinə çəkərkən komandanın kapitanı Dani Alves ona yeni ləqəb qoyub.

Publika.az xəbər verir ki, futbolçu “Mançester Siti” komandasının forvardını “Yeni Ronaldo” adlandırıb. O, Qabrielin işini sevərək gördüyünü və təzyiq altında olmadığını qeyd edib.

Ötən mövsüm “Palmeyras” klubundan transfer edilən 20 yaşlı futbolçu MS-də 13 matçda 8 qol, milli komandada isə 12 matçda 8 qol vurmağı bacarıb. O, növbəti mövsüm keçiriləcək dünya çempionatında Braziliyanın ən önəmli silahları arasında göstərilir.

Futbol mütəxəssisləri Ronaldonun 1994-2006-cı illərdə milli komanda forması ilə 98 matçda atdığı 62 qol rekordunu Qabriel Fernandonun təzələyəcəyini düşünür.

BIR CAVAB BURAXIN