Yeni “Range Rover” təqdim edildi – QİYMƏTİ 300 min

0
663

Böyük Britaniyanın Land Rover şirkəti Los-Ancles Avtomobil sərgisində “Range Rover SVAutobiography” modelini təqdim edib. “Marja” xəbər verir ki, 5 yerlik avtomobil 5 litrlik 557 at gücü verən super V8 mühərrikə malikdir və saatda 210 km maksimum sürətə çata bilir.Avtomobil 100 kilometr/saata isə 7.5 saniyədə çıxır. Avtomobildə 4 fərqli bucaqda yerləşdirilmiş rəqəmsal kameralar görüntüləri salondakı ekrana ötürür. Kameralar ilə avtomobilə 360 dərəcə nəzarət etmək mümkündür və bu da manevr etməyi asanlaşdırır.Avtomobilin salonu fərqli rəng variantlarındadır. Oturacaqlar isitmə və soyutma texnikasına malikdir və masaj funksiyası mövcuddur. Avtomobilin  başlanğıc qiyməti bir qədər “cib yandırır”, 177 min dollardır (təxminən 300 min manat).

BIR CAVAB BURAXIN