Yeni Konqresin tərkibi etnik baxımdan presedenti olmayan dərəcədə çeşidlidir

0
663

 

ABŞ-ın 115-ci Konqresi Birləşmiş Ştatlar tarixində irqi baxımdan ən zəngin qanunvericilik orqanıdır.

Konqresdə azlıqda olan dinləri təmsil edən qanunvericilərin əksəriyyəti demokratdır. Rekord sayda 49 afro-amerikalı qanunvericidən yalnız üçü respublikaçıdır.

İspan mənşəli və asiyalı amerikalılar da bu il Konrqesdə rekord sayda təmsil olunublar. Konqresin hər iki palatasında ispan mənşəli 38 qanunverici işə başlayır. 114-cü Konqreslə müqayisədə bu dəfə 15 asiyalı amerikalı qanunverici təmsil olunub.

Kaliforniya ştatından seçilmiş demokrat Ami Bera ilə bərabər Konqresdə daha üç Amerika hindlisi var. Bununla yanaşı, atası Yamayka, anası isə Hindistandan olan Kamal Harris Senata seçilib. O, ABŞ Senatında Cənubi Asiya mənşəli ilk qadın senator olacaq.

Senatda qaradərili qadın nümayəndələrin sayı da bu dəfə daha çoxdur. Harrislə yanaşı, İllinoys ştatından demokrat Tammi Dakvorf və Nevada ştatından demokrat Ketrin KortesMasto Havay adalarını təmsil edən senator Mazi Hironoya qoşulacaqlar. Hirono Senatda azlıqları təmsil edən iki qadın qanunvericidən biri idi. Kortes Masto isə Birləşmiş Ştatlar Senatında ilk latın amerikalı qadın senatordur.

Bu il Senatda rekord sayda-21 qadın senator təmsil olunub.

Bununla belə 115-ci Konqresdə qadınların ümumi sayı əvvəlki ilə müqayisədə eyni olaraq qalır. ABŞ Konqresində qadın qanunvericilərin ümumi sayı 104 nəfər, ya da 19 faiz təşkil edir. Bu, Amerika əhalisinin gender baxımından tərkibi ilə ziddiyyət təşkil edir. Ölkə əhalisinin 50 faizi qadınlardan ibarətdir.

LGBT və xristian olmayan qanunvericilərin də sayı keçən illə müqayisədə dəyişməz olaraq qalır.

BIR CAVAB BURAXIN