Yeni iPhone modellərində problem aşkarlanıb

0
615

iPhone 7 və iPhone 7 Plus smartfonlarının ilk alıcıları qeyri-adi problemlər ilə qarşılaşıblar. Belə ki, yüksək gərginlik zamanı cihazlardan qəribə səslər gəlir.

 

DetroitBORG və 512 Pixels adlı YouTube kanallarının müəllifləri həmin problemin təsviri baxımından video paylaşıblar. Problem isə HissGate adlandırılıb. 512 Pixels kanalının yaradıcısı Stiven Hakett bildirib ki, “Apple” şirkətinin artıq problemdən xəbəri var. Çox güman ki, sözügedən problem istehsal olunmuş müəyyən tiraj cihazlarda yaşanır. Qəribə səslər çıxardan smartfonları 5-7 gün ərzində problemsiz digər cihazlar ilə əvəz etmək olar. “Apple” isə rəsmi olaraq bu barədə heç bir fikir bildirməyib.

 

BIR CAVAB BURAXIN