2020-ci ilin bayram günlərinin vaxtı açıqlanıb

0
643

Yeni illə bağlı iş və istirahət günlərinin yeri dəyişdirilib.Arazinfo.com-un PNazirlər Kabinetinin saytına istinadən məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Sənədə əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilir.

Bununla da 31 dekabr, 1,2,3,4,5,6 yanvar qeyri-iş günləri olacaq.

Baş Nazir Əli Əsədov 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Sərəncamda nəzərdə tutulan günlər iş günü hesab edilmir.

Martın 21-i və 22-si qeyri-iş günlərinə təsdüf etdiyindən martın 25- və 26-ı qeyri-iş günü hesab olunacaq. Bununla da Novruz bayramında bir həftə qeyri-iş günü olacaq.