“Yeni hesabat: Dünya müharibəyə hazırlaşır”

0
680

“The Independent” yazır ki, nüfuzlu analitik mərkəzlərdən birinin illik hesabatına görə Çin və Rusiya ABŞ və onun müttəfiqlərinin hərbi hegemonluğuna meydan oxuyurlar və Qərb bundan sonra özünün strateji üstünlüyünə arxayın ola bilməz.

“Dünya müharibəyə hazırlaşır”

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun (International Institute of Strategic Studies) Hərbi balans 2018 (The Military Balance 2018) adlı illik hesabatı xəbərdarlıq edir ki, böyük güclər arasında müharibə qaçılmaz olmasa da, Washington, Moskva və Pekin indi sistematik olaraq mümkün münaqişəyə hazırlaşırlar.

Hesabatda Çin rəhbərliyinin ölkənin silah cəbbəxanasını necə təkmilləşdirdiklərinin və genişləndirdiklərinin təfərrüatları açıqlanır.

Hərbi hava qüvvələrinə gəldikcə burada ən önəmli silah Chengdu J-20 döyüş təyyarəsi sayılır.

2020-ci ildə istismara buraxılacaq bu təyyarə o deməkdir ki, ABŞ-ın “görünməz” (stealth) təyyarələrin istehsalçısı kimi monopoliyasına son qoyulur.

Bu arada Çinin mənzili artırılmış PL-15 səma-səma raket sistemlərindən də söhbət gedir. Bu raket sisteminin elektron baxımından təkmil olan radarları olacaq. Belə bir silah çox az ölkənin arsenalında var.

Çin hərbi dəniz donanmasının təkmilləşdirilməsi sahəsində də çox işlər görə bilib.

Özünün 15 illik hərbi quruculuq proqramı çərçivəsində Çin – Yaponiya, Hindistan və Cənubi Koreyanın birlikdə istehsal etdiyindən daha çox keşikçi gəmiləri, eskadra minadaşıyanları, sualtı qayıqları tikib.

Təkcə son dörd ildə tikilmiş yeni döyüş gəmilərinin ümumi tonnajı bütün Fransa dəniz donanmasında olduğundan əhəmiyyətli həcmdə çoxdur.

Çinin özünün yeni tipli Type-055 kreyserini istifadəyə verməsi, onun dəniz donanmasının uzaq sahillərdə, o cümlədən Avropa sahillərində artan qüdrətindən xəbər verir.

Çinin Cibuti, Afrika buynuzundakı bazası Çinə uzaq məsafələrdə missiyalarını həyata keçirmək imkanı verəcək.

Çin, hərbi güc

Hesabatda deyilir ki, vəsait azlığı və başqa sənaye çətinlikləri Rusiya hərbiləşdirməsinin sürətini xeyli aşağı salıb. Lakin bunun əvəzində Rusiya Suriya və Ukrayna kimi yerlərdə real həyati təcrübə əldə edir. Moskva bu iki münaqişədə özünün hibrid müharibəsi aparmaq qabiliyyətini təsdiqləyib

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun baş direktoru, professor John Chipmandeyib ki, Qərbin bəzi hökumətləri üstünlüyü saxlamaq üçün “sıçrayışlı tərəqqi” verən yeni texnologiyalara ümid edə bilərlər, amma bu, uğur üçün qarantiya vermir.

Professor deyir ki, Çinin inkişafda olan silahları və müdafiə texnologiyalarının tərəqqisi onu Qərbin təqibçisindən qlobal müdafiə novatoruna çevirəcək.

Qərb artıq qlobal müdafiə innovasiyalarının monopoliyasına və ya buna nail olmaq üçün vəsaitlərə malik deyil.

Lakin hesabat bunu da vurğulayır ki, Çin hərbi sahədə tam hegemona çevrilmək üçün həm də özünün təlim, doktrina və taktika sahələrini inkişaf etdirməli olacaq.

BIR CAVAB BURAXIN