“Yataq”ları dünyaya bəyan olan tanınmışlar

0
606

Məşhursansa, qeyri-məşhurlar üçün şəxsi həyatının ən adi məqamları belə maraq doğuracaq, onlar bütün səddləri dəf edib pünhan qalmalı olan mənzərələri maraqla seyr etmək arzusundan heç vaxt vaz keçməyəcəklər. Tanınmışlar öz şəxsi həyatlarını nə qədər gizli saxlamağa cəhd etsələr də, özlərinə məxsus olan həyat sirrlərini gizlətməyə nail ola bilməyiblər. Hətta onların intim həyatları haqqında da hər şey zaman-zaman bəyan olub.

Amerika Birləşmiş Ştatlarının banilərindən biri olan, görkəmli dövlət xadimi Bencamin Franklin özündən 30-40 yaş böyük olan xanımlarla intim münasibətlərə üstünlük verib. Bu həmin kişidir ki, onun portreti 1928-ci ildən ABŞ-ın 100 dollarlıq pul əskinazlarının üzərində təsvir olunur.

Məşhur alman filosofu Fridrix Nitsşe öz doğma bacısı ilə cinsi əlaqədə olub. Məhz bu əlaqədən sonra Nitsşe “Mənim bacım” kitabını yazıb.

Böyük fransız sərkərdəsi və imperator Napoleon qadınlara olan ehtiraslı sevgisi ilə ad şıxarıb. Amma, sən demə, bu məşhur fransız öz cinsindən olan şəxslərə də seksual maraq göstərib. Bəlkə də bunun nəticəsidir ki, sərkərdənin gənc silahdaşı Qaspar Qurqar Napoleonu hədsiz dərəcədə qısqanıb.

Rus çariçası II Yekaterina intim həyatının zənginliyi ilə məşhurlaşıb. O, yaşlı vaxtlarında belə seks həzzindən özünü məhrum etməyib. Çariçanın 60 yaşı olanda o, 25 yaşlı köməkçisi Zubovla öz yatağını bölüşüb.

19-cu əsrin məşhur fransız yazıçısı Gi de Mopassan həmkarları arasında tükənməz ehtirası ilə fərqlənib. Yazıçı etiraf edib ki, bir saat ərzində heç bir gərginlik hiss etmədən 6 dəfə cinsi əlaqədə olmaq iqtidarındadır.

Ehtiraslarına sahib ola bilməyən ingilis şairi Bayronun intim həyatına təkcə məşuqələr yox, həm də məşuqlar daxil olub. Romantik şair gənc oğlanlarla da cinsi əlaqədə olmaqdan imtina etməyib. Şairin həyat yoldaşı Karolin Lemb Bayronu yataqda gənc məşuqu ilə tutduqdan sonra ondan ayrılıb. Bayronun saysız-hesabsız məşuqələrinin arasında öz doğma əmisi qızı və ögey bacısı da olub.

Məşhurlardan bəziləri isə şüurlu surətdə seks əyləncəsindən imtina ediblər. Görkəmli ingilis alimi İshak Nyuton ömrünün sonuna qədər kişi “bakirəliyi”ni qoruyub. Modern.az

BIR CAVAB BURAXIN