Yardımlı və Lerik rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

0
1033

Yardımlı və Lerik rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qanunla.Az xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Tüklə-Ordahal” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissəsində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, 14.09.2022-ci il tarixdə saat 13:00-dan etibarən təmir işləri başa çatanadək “Lerik”, “Ordahal”, “Yardımlı” və “Əngəvül” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri görülən müddətdə Yardımlı rayonunun (tam olaraq), Lerik rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.