Ev Sosial Yaqub Zurufçu ikinci ailəsi ilə

Yaqub Zurufçu ikinci ailəsi ilə

0
871
Yaqub Zurufçu ikinci ailəsi ilə - video

Əməkdar artist Yaqub Zurufçu ikinci evliliyindən danışıb.

Axşam.az-ın məlumatına görə, “5-də 5” verilişinin qonağı olan müğənni ilk ailə həyatının uğursuz alınmasının səbəbini belə izah edib:

“2009-cu ildə ikinci dəfə ailə qurmuşam. Atilla adlı 5 yaşlı bir oğlum var. 25 ildir, Azərbaycana gəlib-gedirəm. Bu 25 ildə daha tez evlənməliydim, amma alınmırdı. İlk ailəmdən heç vaxt ayrılmaq istəməzdim. Yoldaşım Təbrizdən idi. Çox yaxşı insandır. Amma o istəyirdi ki, mən həmişəlik Amerikada qalım. Ona görə problemimiz yarandı. İlk evliliyimdən 32 yaşlı bir qızım, 27 yaşlı bir oğlum var. Qızım Dənizin adına mahnı da oxumuşam. Onlar ikisi də ailəlidir, nəvələrim var. Oğlum bakılı qızla evlənib”.

Daha sonra Yaqub Zurufçunun ikinci ailəsinin görüntüləri ekrana gəlib.

Müğənni Zaur Kamalın “Yaqub Zurufçunu imkanlı müğənni adlandırmaq olarmı” sualına belə cavab verib:

“Bəli, olar. Mən Azərbaycanda az fəaliyyət göstərirəm. Qalan işlərim Amerikadadır”.

BIR CAVAB BURAXIN