“Xabar24” telekanalı Qazaxıstanın latın əlifbasına keçidi ilə bağlı Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudovun fikirlərini öyrənib.
Arazinfo.com saytının “Xabar24” telekanalına istinadən verdiyi məlumata görə, Yaqub Mahmudov Qazaxıstanın latın əlifbasına keçidinı yüksək qiymətləndirdiyini və bunun türk dünyasının mədəni həyatında önəmli hadisələrdən biri olduğunui söyləyib.
Akademik Yaqub Mahmudov qeyd edib ki, bu, türk xalqlarını daha da yaxınlaşdıracaq: “Əlifba – türk xalqlarının ümumu mədəniyyətinin bir hissəsidir. Qazaxıstanın bu addımı eyni kökə, eyni mədəniyyətə malik olan türk xalqlarını biri-birlərinə daha da yaxınlaşdıracaq, onlar arasında əlaqələri dərinləşdirəcək. Nursultan Nazarbayev Qazaxıstan prezidenti seçiləndən bu məsələ müzakirə edilirdi və biz ölkə rəhbərliyi səviyyəsində latın əlifbasına keçidlə bağlı qəbul edilən qərarı alqışlayırıq. Biz Qazaxıstanın rəsmi şəkildə latın əlifbasına keçməsindən şadıq. Bu yalnız Qazaxıstan üçün deyil, bütün türk dünyası üçün tarixi hadisədir, çox müdrik və uzaqgörən qərardır”.