Yaponiya, Seneqal və Kolumbiyanın 1/8 final savaşı, İngiltərə və Belçika liderlik axtarışında

0
581

DÇ-2018 davam edir.  Bu gün mundialda qrup mərhələsinə yekun vurulacaq.

 

Sonuncu qarşılaşmalar G və H qruplarında baş tutacaq.

 

Əvvəlcə H qrupunda Yaponiya Polşa, Seneqal isə Kolumbiya ilə görüşəcək. Bu dördlüyün arasında Polşanın 1/8 finala çıxmaq şansı qalmayıb. İki oyundan sonra aktivində 4 xal olan Yaponiya və Seneqal yığmasını növbəti mərhələ üçün bərabərlik də qane edir. 3 xalı olan Kolumbiya isə qələbə qazanmalıdır.

 

G qrupunda isə növbəti mərhələyə vəsiqə qazanan komandalar bəllidi. Hərəsinə 6 xalı olan İngiltərə və Belçika öz aralarındakı oyunla lideri müəyyənləşdirəcəklər. Keçirdiyi hər iki matçı da uduzan Panama və Tunis isə ilk xallarını qazanmağa çalışacaqlar.

 

DÇ-2018

28 iyun

III tur

 

H qrupu

18:00. Yaponiya – Polşa

Baş hakim: Canni Sikazu (Zambiya)

Volqoqrad, “Volqoqrad Arena”

 

18:00. Seneqal – Kolumbiya

Baş hakim: Milorad Majiç (Serbiya)

Samara, “Samara Arena”

 

1. Yaponiya 2 1 1 0 4:3 4
2. Seneqal 2 1 1 0 4:3 4
3. Kolumbiya 2 1 0 1 4:2 3
4. Polşa 2 0 0 2 1:5 0

 

 

G qrupu

22:00. İngiltərə – Belçika

Baş hakim: Damir Skomina (Sloveniya)

Kalininqrad, “Kalininqrad” stadionu

 

22:00. Panama – Tunis

Hakimlər: Navaf Şukralla, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb Əl Marri (Qətər), ), Mehdi Abid Şərif (Əlcəzair)

Saransk, “Mordoviya Arena”

 

1. İngiltərə 2 2 0 0 8:2 6
2. Belçika 2 2 0 0 8:2 6
3. Tunis 2 0 0 2 3:7 0
4. Panama 2 0 0 2 1:9 0

Apasport

BIR CAVAB BURAXIN