Yaponiya Rusiyaya nota göndərib

0
636

11

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Cənubi Kuril adalarında raket kompleksləri yerləşdirdiyinə görə, Yaponiya hökuməti Rusiyaya nota göndərib. Xəbəri bu gün Yaponiya xarici işlər nazirliyində (XİN) təsdiqləyiblər.
«Nota noyabrın 24-də diplomatik kanalla göndərilib. Dörd şimal adasında Rusiyanın hərbi iştirakının artırılması bu adalara yönəlik bizim mövqeyimizlə bir araya sığmır. Bu münasibətlə biz, təssüf hissi keçirdiyimizi ifadə edirik» – deyə, nazirlik xəbər verib.

Ötən cümə axşamı Rusiya xarici işlər nazirliyinin (XİN) rəsmi nümayəndəmsi Mariya Zaxarova Moskvada bəyan edib ki, raketlərin yerləşdirilməsində məqsəd milli təhlükəsizliyin gücləndirilməsidir.

Bundan əvvəl isə Prezidentin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Kuril adalarında raket komplekslərinin yerləşdirilməsinin əsası var, amma bu, Tokio ilə danışıqlara, o cümlədən, sülh müqaviləsi problematikasına təsir göstərməməlidir.

BIR CAVAB BURAXIN