Yaponiya ilə bağlı BİLMƏDİYİNİZ FAKTLAR: “müvəqqəti arvad” satışı və onların yaşadığı DƏHŞƏTLƏR

0
668

Yaponiya ilə bağlı BİLMƏDİYİNİZ FAKTLAR: "müvəqqəti arvad" satışı və onların yaşadığı DƏHŞƏTLƏR

Cakomo Puççininin məşhur “Madam Batterflay” və ya “Çio-Çio-San” operasının süjet xətti amerikalı yazıçı Con L.Lonqun novellasından götürülüb.

Ancaq ədəbi qəhrəmanların – yapon qızı Çio-Çio-San və Amerika dəniz donanmasının leytenantı Pinkertonun real prototipləri var idi. Məsələ ondadır ki, XIX əsrin ikinci yarısında Yaponiyada yerli qızlarla əcnəbilərin müvəqqəti nikahları geniş vüsət almışdı. Müəyyən məbləğ qarşılığında Yaponiyada bir müddətlik arvad almaq mümkün idi.

Amerikalı zabit üçün 15 yaşlı yapon qızı ilə nikah yalnız əyləncə xarakteri daşıyırdı, lakin qız ona aşıq olur və hətta onun dini inancını da qəbul edir. Bu səbəbdən hətta onun əzizlərləri də ondan üz döndərirlər. Amerikalı zabit tezliklə vətənə qayıdır və başqa qadınla evlənir. Yapon qızı isə zabitdən oğul dünyaya gətirir və onun qayıdışını gözləməyə davam edirdi. Üç il sonra o, yeni arvadı ilə Yaponiyaya gələrək oğlunu götürmək istəyir. Nəticədə – Çio-Çio-San özünə qəsd edir…
Bu, əsərin tarıxcəsinin qısa məzmunudur. Amma bu cür hadisələr real həyatdan götürülüb və onlar kifayət qədər çox idi.

Publika.az Yaponiyada “müvəqqəti arvadlar” satışı ilə bağlı təfərrüata işıq salır.
Müvəqqəti arvadların satış təcrübəsi Rusiya flotunun Vladivostokda yerləşdirilməsi və qış fəslini daim Naqasakidə keçirdiyi vaxtlar geniş yayılmağa başladı. Rus zabitləri bir müddət Yaponiyada qaldıqları zaman özlərinə birgə yaşamaq üçün yerli qızlar almağa başladılar.

Müqavilə əsasən 1 aydan bir neçə illik müddətə bağlanılırdı və aylıq 10-15 dollar ödəniş edərək, onlar müvəqqəti arvadların xidmətlərindən istifadə edə bilirdilər. Kişilərin vəzifələrinə qızları evlə təmin etmək və yemək daxil idi. Müqaviləyə görə, onlar istənilən vaxt nikahı poza bilərdilər.

Əcnəbilər öz arvadlarını “musume” adlandırırdılar – yapon dilində “qız”, “qız uşağı”. Bir qayda olaraq, onlar tamamilə 13-15 yaşlarında gənc qızlar idilər. Kasıb yapon kəndliləri öz qızlarını əcnəbilərə satmaqda maraqlı idilər, çünki başqa cür onları bəsləyə bilmir, onlara cehiz ala bilmirdilər. Kəndlilər qızları qarşılığında əcnəbilərdən aldıqları pulla onlara cehiz ala bilirdilər ki, nəticədə əcnəbilər gedəndən sonra qızlar yerli kişilərə ərə gedirdilər.

“Musume”lər geyşa yaxud fahişə sayılmırdılar. Geyşalardan fərqli olaraq, müvəqqəti arvadlar özlərini pula görə dəfələrlə və müxtəlif kişilərə satmırdılar – onlar kifayət qədər məbləğ qazandıqdan sonra, yapon kişilərinin tərbiyəli arvadı olurdular.

“Musume” xidmətlərindən əsasən zəngin və tanınmış rusiyalılar istifadə edirdilər. Hətta Romanovlar sülaləsinin böyük knyazları da müvəqqəti arvadlardan yararlanırdı.

Məşhur kimyaçı Dmitri Mendeleyevin böyük oğul, fotoqraf Vladimir Mendeleyev “Azov Yaddaşı” freqatında miçman olan zaman, Naqasaki limanında dayanmalı olur. Bu müddətdə özünə Taka Xidesima adlı müvəqqəti arvad alır. Xidesima Vladimir Mendeleyev üçün 1893-cü ildə Ofudzi adında qız övladı dünyaya gəririr. Beləliklə, elementlər dövri sisteminin yaradıcısının ilk nəvəsi doğulur. Bu tarix sovet yazıçısı Valentin Pikulu ilhamlandırır və o, rus-yapon sevgisi haqqında kitab yazır.

Ticarət və hərbi gəmilər Naqasakiyə yalnız Rusiyadan gəlmirdi. 1885-ci ildə Yaponiyaya fransız dəniz səyyahı və yazıçısı Pyer Loti gəlir və orada 2 ay qalmalı olur. Öz müvəqqəti arvadı O-kiku-san haqqında o, 2 il sonra “Madam Xrizantema” adlı povestini yazır.

Puççininin operasının süjet xətti də real hadisələr əsasında, Con Lonqun novellası əsasında eyni zamanda və eyni məkanda – Naqasakidə XIX əsrin sonu cərəyan edir.

BIR CAVAB BURAXIN