Xristian təəssübkeşliyi faktorunun qabağında niyə susuruq?

0
719

Beynəlxalq aləmdə baş verən hadisələr, o cümlədən Əfqanıstanda, İraqda, Suriyada, Liviyada və eləcə də dünyanın digər yerlərində müsəlmanlara qarşı həyata keçirilən soyqırımlarının davam etməsi islam dünyasının bütün qeyrətli vətənpərvər qüvvələrini narahat etməkdədir. Bu da səbəbsiz deyil. Belə ki, xristian dünyasının islam aləminə qarşı düşünülmüş şəkildə soyqırımları həyata keçirməsi, müxtəlif terrorçu qurumlara İŞİD və Əl-Qaidə-lərə “islam müdafiəçiləri” donları geydirərək onlardan müsəlmanların simasında qəddar, vəhşi obrazı yaratmaq cəhdləri heç kimə sirr deyil. Hər halda 2001-ci ildə ABŞ-a Əfqanıstana müdaxilə etmək üçün Nyu-Yorkda əkiz qüllələrin “talibançılar” tərəfindən partladılması ssenarisinin həyata keçirlməsi hökmən lazım idi. ABŞ və onun müttəfiqləri bundan bir il sonra ,2002-ci ilin mart ayında İraqı işğal etmək üçün Səddam Hüseynin guya kimyəvi və atom silahına malik olması barədə beynəlxalq ictimayiyyəti aldada bildilər. Sonrakı mərhələdə ərəb baharı ssenarisinin Tunisdə, Liviyada və Suriyada həyata keçirilməsi faktının da müsəlman soyqırımlarının tərkib hissəsi kimi öncədən hazırlandığı istisna edilmir. Yəni dünyanın hansı hissəsində nələrin baş verməsindən asılı olmayaraq islam aləminə münasibətdə Qərbin antimüsəlman siyasəti üzə çıxır. Şübhəsiz ki, Qərbin islam aləminə qarşı həyata keçirdiyi antimüsəlman siyasətindən, xristian təəsübkeşliyindən daha çox əziyyət çəkən ölkələrdən biri də biz azərbaycanlılarıq. Hər halda bunun üçün zənnimcə tarixi-nadir açmağa ehtiyac yoxdur və məsələ ilə bağlı yaxın keçmişimizə nəzər salmaq kifayət edir. Ötən əsrin 80-ci illərinin sonlarında Qərbin və SSRİ-nin bəzi dairələri tərəfindən ermənilərin Azərbaycana qarşı ərazi iddiaları qaldırması və bu müstəvidə də Dağlıq Qarabağda separatizmi körükəmələri təsadüfi deyildi. O vaxt ABŞ və SSRİ-ni idar edənlərin mövqeyi də Qarabağ separatçılarına münasibətdə üst-üstə düşürdü. Qərb dünyasının xristian təəssübkeşliyi mövqeyindən çıxış edərək erməniləri dəstəkləməsini 1990-cı il 20 yanvar qırğınında, Dağlıq Qarabağda azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmələrdə, Xocalı dəhşətlərində aydın şəkildə hiss etdik. Qərbin xristian təssübkeşliyinin nə olduğunu işğal edilmiş ərazilərimizin azad edilməsi ilə bağlı BMT TŞ tərəfindən qəbul edilən 4 qətnaməni yerinə yetirməkdən imtina edən Ermənistanın nazı ilə oynamasında, ATƏT Minsk Qrpuna həmsədr ölkələrin sözdə status-kvonun saxlanılmasının əleyhinə olduqlarını demələrində, ancaq pərdə arxasından Ermənistanın təcavüzkarlıq siyasətini dəstəkləməkdə davam etməsində aydın şəkildə görməkdəyik. Ötən ilin aprel ayında baş verən döyüşlər zamanı Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini az qala ermənilərə qarşı təcavüz kimi qələmə verməyə çalışan Qərb bununla da xristian təəssübkeşliyini bir daha nümayiş etirmiş oldu. 4 günlük döyüşlərin dayandırılmasına nail olaraq Ermənistanı ən ağır məğlubiyyətdən xilas edən Rusiyanın atdığı addımlar da Qərb tərəfindən rəğbətlə qarşılandı. Aprel döyüşlərindən sonra erməniləri ən müasir müşahidə sistemləri ilə təchiz dən ABŞ bununla da həmsədr ölkə kimi münaqişənin həllində neytral mövqe tutmadığını sübut etmiş oldu. Nəhayət ötən ayın üçüncü ongünlüyünün ortalarında Ermənstana səfər edən ATƏT Minsk qrupunun ABŞ-dan olan həmsədri Hoqlandın “Digər beynəlxalq münaqişələrlə müqayisədə Qarabağ probleminin həllinə münasibətdə həmsədr ölkələrin mövqeləri üst-üstə düşür”deməsi də vasitəçilərin xristian təəsübkeşliyinin növbvəti təsdiq demək oldu. Yenə də təssüflər oldun ki, biz bu günə kimi Qərbin islam aləminə münasibətdə xristian təəsübkeşliyini önə çıxarması faktını gündəmə gətirməkdə, ondan açıq şəkildə danışmaqdan elə bil ehtiyat edirik. Sanki bu faktı etiraf etsək bununla da Qərbi açıq şəkildə öz əleyhimizə çevirmiş olacağıq. Halbuki tanınmış politoloq Məhərrəm Zülfüqarlının da dediyi kimi Qərbin xristian təəsübkeşliyi artıq danılmaz faktdır və bunun üzərindən sükutla keçməklə, onu açıb-ağartmamaqla heç nəyə nail ola, onlar tərəfindən həyata keçirilən müsəlman qırğınlarının qarşısını ala bilməyəcəyik. Zənnimcə Qərbin hazırda müsəlmanlara münasibətdə xristian təəsübkeşliyi faktorunu önə çıxarmas faktı islam ölkələri rəhbərləri tərəfindən əsas müzakirə hədəflərindən birinə çevrilməli, onun qarşısının alınması yolları barədə düşünməli, eyni zamanda məsələ ilə bağlı dünya ictimaiyyətinə müraciət edilməsi daha məqsədə uyğun olardı. Əks halda islam aləmi xristian təəssübkeşliyi faktorunun daha ağır facilələrini yaşamaqda, dağıntılara, qırğınlara məruz qalmaqda davam edəcək.

BIR CAVAB BURAXIN