Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı çıxışında deyib.
Qeyd edək ki, Avstriyanın baş naziri Sebastian Kurz öz “Tvitter” hesabında bəyan edib ki, ölkədəki 7 məscid bağlanacaq, 40 imam isə deportasiya ediləcək.
“Avstriya din azadlığını dəstəkləyir, lakin ölkəmizdə siyasi islam və radikalizmə yer yoxdur” deyən Kurz bu qərarın yalnız “Avstriyada türk-islam mədəni və sosial əməkdaşlığı birliyi” təşkilatının dəstəklədiyi məscidlərə şamil ediləcəyini bildirib. Avstriya hökuməti bu təşkilatı ölkədə türk millətçiliyini yaymaqda itiham edir.
Xatırladaq ki, apreldə Avstriya hökuməti paytaxt Vyanadakı məsciddə Çanaqqala müharibəsilə bağlı səhnəni canlandıran zaman şəhid əsgərlər rolunda uşaqlardan istifadə etdiklərinə görə “Avstriyada türk-islam mədəni və sosial əməkdaşlığı birliyi” təşkilatının fəaliyyətini qadağan edəcəyilə hədələmişdi.
Vyana ilə Ankara arasında münasibətlər Türkiyənin iqtisadiyyat nazirinin Avstriyaya buraxılmamasından sonra daha da pisləşdi. Türkiyəli nazir 15 iyul 2016-cı ildəki dövlət çevrilişi cəhdinin ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcəkdi. (azvision.az)