Xorvatiya Ukraynaya, Türkiyə Finlandiyaya qarşı

0
720

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında V turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə D, G və İ qruplarındakı matçlar baş tutacaq.

 

İrlandiya və Uels milliləri D qrupunda liderlik uğrunda mübarizə aparacaq. Bu matçın nəticəsi digər iddialı Serbiya üçün də az önəm kəsb etmir. Onlar isə öz növbələrində Gürcüstanı üstələməyə çalışacaqlar. Avstriya isə autsayder Moldova qarşısında qələbə qazanaraq xal ehtiyatını artırmaq iddiasındadı.

 

G qrupunda da oxşar vəziyyət yaşanacaq. Lider İspaniya 3-cü pillədəki İsraillə üz-üzə gələcək, İtaliya isə nisbətən asan sınağa çıxacaq. “Skuadra azzura” Albaniyanı qəbul edəcək. Lixteynşteyn – Makedoniya görüşü isə xalsız iki komandadan birinin və ya hər ikisinin siftə etmək şansı olacaq.

 

İ qrupunda ilk iki pillənin sahibi qarşılaşacaq. Xorvatiya və Ukrayna arasında matç izləyiciləri üçün şansdı. Finlandiyanı sınağa çəkəcək Türkiyə millisi bundan yararlanıb qrupda düşdüyü çətin vəziyyəti nisbətən düzəltməyə çalışacaq.

 

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası, V tur

24 mart

 

D qrupu

21:00. Gürcüstan – Serbiya

23:45. İrlandiya – Uels

23:45. Avstriya – Moldova

 

1 İrlandiya 4 3 1 0 7-3 10
2 Serbiya 4 2 2 0 9-5 8
3 Uels 4 1 3 0 8-4 6
4 Avstriya 4 1 1 2 6-7 4
5 Gürcüstan 4 0 2 2 3-5 2
6 Moldova 4 0 1 3 2-11 1

 

G qrupu

23:45. Lixtenşteyn – Makedoniya

23:45. İtaliya – Albaniya

23:45. İspaniya – İsrail

 

1 İspaniya 4 3 1 0 15-1 10
2 İtaliya 4 3 1 0 11-4 10
3 İsrail 4 3 0 1 8-5 9
4 Albaniya 4 2 0 2 4-6 6
5 Makedoniya 4 0 0 4 4-11 0
6 Lixtenşteyn 4 0 0 4 1-16 0

 

I qrupu

21:00. Türkiyə – Finlandiya

23:45. Kosovo – İslandiya

23:45. Xorvatiya – Ukrayna

 

1 Xorvatiya 4 3 1 0 10-1 10
2 Ukrayna 4 2 2 0 7-3 8
3 İslandiya 4 2 1 1 6-5 7
4 Türkiyə 4 1 2 1 5-5 5
5 Finlandiya 4 0 1 3 3-6 1
6 Kosovo

BIR CAVAB BURAXIN