Xırdalan sakini şəhərin ortasında canavarla gəzir

0
701
 

Vətəndaş canavar saxlayır, özü də bu təhlükəli heyvanı insanların sıx olduğu əraziyə çıxararaq gəzdirir.Arazinfo  “Xəzər TV”-yə istinadən xəbər verir ki, tamaşaçıların biri tərəfindən göndərilən kadrlarda bu mənzərə əks olunub. Bəs qanunla canavarın saxlanılmasına və ya ovlanmasına icazə varmı? Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə münasibət bildirib.

Görüntülər Abşeron rayonu Xırdalan şəhərində bir vətəndaş tərəfindən qeydə alınıb. Kadrlardan görünür ki, vətəndaş canavar saxlayır və onu bağlı şəkildə insanların olduğu əraziyə gətirərək nümayiş etdirir. Sonra isə sanki it gəzdirirmiş kimi, canavarı da gəzdirməyə başlayır.

Məsələ burasındadır ki, bu heyvanın ağzında qoruyucu olmasına baxmayaraq, hər an vətəndaşın əlindən çıxa və insanlara xəsarət yetirə bilər. Bəs canavarın saxlanılması, ümumiyyətlə, insanlar arasına çıxarılaraq gəzdirilməsi qanunla qadağandırmı? Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev deyir ki, Avropada vəhşi təbiətin qorunması haqqında Berlin kovensiyasısına Azərbaycan da qoşulduğuna görə, canavarın ovlanması və tutulması qadağan edilib.

Bununla yanaşı, həmin heyvan vətəndaşdan alınmaqla təbiətə buraxılır. Raqum Mirzəyev bildirdi ki, bu məsələ nazirlik tərəfindən araşdırlıacaq. Həmin vətəndaşın heyvanı necə əldə etməsi və saxlamsından asılı olaraq onun barəsində müvafiq inzibati tədbir görüləcək.

BIR CAVAB BURAXIN