Xatunla Natavan arasında qalmaqal: “Anakondalıq edir”

0
566

Müğənni Xatun Əliyeva və həmkarı Natavan Həbibi küsülü imiş. Bu barədə ifaçı Xatun “ATV maqazin onlarla” verilişində deyib. O, N.Həbibini şou-biznesin “anakonda”sı adlandırıb:

“Natavan deyir ki, mən qızılam, brilyantam, məni istəyin. Hər nöqsanımla, aqressiyamla, süni gülüşlərimlə məni qəbul edin. Axı elə deyil. Çox qeyri-səmimidir və onunla danışmıram. Əmr verən hərəkətlər edir: ”Otur yerində”. Şou-biznesin qırığına da, bütövünə də canım qurban. Allah adamı yarımçığından qorusun.

Bir dəfə Natavanla aramızda soyuqluq olmuşdu, özü barışdı. Onu başa düşmürəm, məcbur da deyiləm, istəmirəm də. Mənə uşağıyammış kimi davranmağı lazım deyil. Natavan, Səidə, Kərim, Ramal və mən qruplaşma yaratmışdıq. Natavan da orada “anakondalıq” edirdi. Mən də dedim ki, otur yerində. Allah köməyi olsun”.lent.az

 

BIR CAVAB BURAXIN