Xames Rodriges “Bavariya”dan ayrılacaq

0
1129
Kolumbiyalı yarımmüdafiəşi Xames Rodriges icarə müddəti başa çatdıqdan sonra “Bavariya”nı tərk etmək niyyətindədir.
Arazinfo.com-un “Marca” ya istinadən verdiyi xəbərə görə, kolumbiyalı artıq bununla bağlı klub rəhbərliyinə məlumat verib. O deyib ki, bu mövsümün sonunda onun icarə müddəti başa çatır və o, bundan sonra Münhen klubunda oynamaq istəmir.
Xatırladaq ki, “Real”Madrid 2017-ci ildə  Rodrigesi 2 il müddətinə “Bavariya”ya icarəyə verib. İcarə müddəti isə bu ilin yayında başa çatır. Əgər “Bavariya” kolumbiyalı futbolçunu heyətində saxlamaq istəsəonda “Real” Madridə 40 milyon avro transfer haqqı ödəməli olacaq.