Xameneyi:“Düşməni iqtisadi müharibədə də geri otuzduracağıq”

0
526

“Həm dostlar və həm də düşmənlər bilsin ki, biz hərbi, siyasi və təhlükəsizlik sahəsində  düşməni geri otuzdurmuşuq”.  

Bunu İranın Ali Lideri Ayətullah Əli Xameneyi bu gün ölkənin bir qrup istehsalçıları və sahibkarları ilə görüşündə son günlər yanacağın artımından sonra ölkədə baş verən iğtişaşlarla bağlı danışarkən deyib.

Xameneyi əlavə edib ki, son bir neçə gündə baş verənlər təhlükəsizlik sahəsində ortaya çıxan işlər idi, xalq deyildi: “Müxtəlif sahələrdə düşməni geri otuzdurmuşuq və Allahın lütfü ilə iqtisadi müharibədə də, qətiyyətlə deyirəm, düşməni geri otuzduracağıq”.

APA