Xalq-dövlət birliyi

0
2065

Xalq-dövlət birliyi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi.Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli Ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan torpaqlarımızın işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı.Həmçinin düşmənin törətdiyi 13 sentyabr təxribatı zamanı da ordumuz düşmən hücumunun qarşısını uğurla aldı, düşmənə zərbələr endirdi. Azərbaycanda xalq-dövlət birliyi yumruq halında birləşib. Qələbəni dəmir yumruq hesabına qazandıq, düşməni qova-qova öz torpağımızda dayandıq. Xalq öz ordusuna inanır. Prezidentimiz cənab İlham Əliyevin qətiyyəti, sarsılmaz iradəsi, çətin müharibə şəraitində hərbi meydanda, informasiya müharibəsində parlaq qələbələr qazanaraq xalqına söz verdiyi kimi sona qədər getməsi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.  Allah şəhidlərimizə rəhmət eləsin , şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik!Yaşasın Azərbaycan! Yaşasın şanlı Azərbaycan əsgəri

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

Zərdab rayon  Gəndəbil kənd tam orta məktəbin müəllimi – Z.Məmmədova