Xaləddin İsgəndərovun maxinasiya xəritəsi

0
609
Xaləddin İsgəndərovun maxinasiya xəritəsi
Binəqədinin icra başçısını sabiq rektor Elşad Abdullayevlə birləşdirən səbəblər; dəbdəbə həvəskarı olan başçı imarətindəki təkcə 1 hovuza 1 milyon manatdan artıq pul xərcləyibmiş.

Fazil Məmmədov vergilər naziri postunda ikən görəvləndirdiyi yaxın qohumlarından biri də Xaləddin İsgəndərovdur. Nazir yeznəsi olan Xaləddin İsgəndərovu Vergilər Nazirliyinin Vergilər Departamenti rəisinin birinci müavini postuna təyin etmişdi. 4 il əvvəl isə onu Binəqədi İcra Hakimiyyətinə rəhbər gətirməyə nail oldu.

Xaləddin İsgəndərovun Binəqədidəki fəaliyyətindən xəbərdar olanlar deyirlər ki, burada onun qazanmaq, var-dövlət toplamaq imkanları təsəvvür edilməyəcək qədər genişlənib. Abadlıq-bərpa işləri adına rayona ayrılan pullar talanır, qurulan dekorasiyalar isə keyfiyyətsizliyi ilə seçilir. Rayonun bir tərəfində faktiki olara ucuz və keyfiyyətsiz, sənədləşmədə isə bahalı və keyfiyyətli mal-materialdan quraşdırıldığı kimi rəsmiləşdirilən müxtəlif tikililər bina edilib. Digər tərəfində isə Xaləddin İsgəndərovun, hamisi və rəhbəri hesab etdiyi Fazil Məmmədovun göz oxşayan, ərəb şeyxlərinin saraylarını xatırladan imarətlər ucaldılıb. Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində Xaləddin İsgəndərovla Fazil Məmmədovun imarətləri üz-üzədir. Villaların tikintisinə milyonlarla manat sərf edildiyi ilk baxışdan görünür. 5-6 metr hündürlüyü olan, videokameralarla “bəzədilmiş” imarətlərin darvazalarının təkcə 50-60 min manat dəyəri olduğu deyilir. Dəbdəbəli, təmtərağı göz qamaşdıran imarətləri xüsusi mühafizə dəstələri qoruyur. Bir müddət əvvəl mətbuatda bu imarətlərdə bahalı çaxır, araq, konyak kolleksiyalarının saxlandığı xüsusi otaqların olduğu, həmin otaqlardakı içkilərin ən ucuzunun qiymətinin 1000 manatı aşdığı haqda məlumatlar yayılmışdı. Bildirilirdi ki, imarətin zirzəmisində böyük bir hovuz var və Xaləddin İsgəndərov orada başının dəstəsi ilə ara-sıra məclislər təşkil edir. Xaləddin İsgəndərov bu qədər sərvəti və ərəb şahzadələrinə aid yaşayış səviyyəsini hansı yolla əldə edib?

İcra başçısının rəsmi maaşının 1100-1300 manat olduğunu nəzərə alsaq, Xaləddin İsgəndərovun alternativ gəlir mənbələrini olduğu qənaəti formalaşır. Onu rəhbərlik etdiyi rayonun ərazisində şikayətlərin əksəriyyəti tikinti sahəsindəndir. Bir daşı daş üstünə qoyan rayonun qəsəbə və kəndlərinin sakinləri Xaləddin İsgəndərovun qeyri-rəsmi tikinti-söküntü dəstəsinin üzvlərini başlarının üstündə görürlər. Kimdir bu adamlar? “Tikinti aparan hər kəsdən məcburi şəkildə qoparılan pullar kimin cibinə gedir” sualı da yersizdir…

Bu məsələ haqda mətbuatda xeyli şikayət var. Xaləddin İsgəndərov bu şikayətləri görməzdən, eşitməzdən gəlirsə ağla gələn səbəb də göz önündədir.

Rayon sakinləri iddia edir ki, Xaləddin İsgəndərovun dəstələrinə ümumi rəhbərliyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov həyata keçirir. Atası Həsən Bayramov Binəqədi Seçki Dairəsinin sədridir. Həsən Bayramov Azərbaycan Beynəlxalq Universitetində Elşad Abdullayevin müavini olub. Qüdsi Bayramov əvvəl Binəqədi Gənclər və İdman İdarəsinin müdiri idi. Sonra Xaləddin İsgəndərov onu Binəqədi Rayon Təsərrüfat Şöbəsinin müdiri vəzifəsinə gətirdi və tikintilərdən qeyri-rəsmi pul yığımı işlərini də ona tapşırdı. İddiaya görə, Binəqədi rayonu ərazisində aparılan bütün tikintilərdən pullar Qüdsi Bayramovda toplanır. Vətəndaşın tikinti aparmağa sənədi var, yoxdur – bu, Qüdsi Bayramovu maraqlandırmır. Deyir ki, tikinti aparılırsa, rəsmi icazə ilə yanaşı, qeyri-rəsmi icazə də alınmalı, buna görə pul verilməlidir. Verilmirsə, vətəndaşa tikinti aparmağa imkan vermirlər, işinə mane olurlar. Tikinti ilə əlaqəli maliyyə məsələlərinə Sulutəpə qəsəbəsində Ramin, Fuad, Azər, Biləcəridə Orxan, Novxanıda Rəşad, Binəqədi kəndində Pərviz, Zaur, Arif nəzarət edirlər. Orxan başçının vaxtilə sürücüsü olan Azər Kazımovun oğludur. 26 yaşlı Orxan Kazımov Biləcəri qəsəbəsi icra nümayəndəsinin müavinidir. Bu şəxslərin qeyri-rəsmi icazəsi olmasa, kimsə tikinti apara bilməz.

Binəqədi rayonunda vəziyyət belədir. Əlbəttə ki, Xaləddin İsgəndərovun ucaltdığı imarətlərə xərclənən milyonlar təkcə tikinti icazəsinə görə alınan pullardan formalaşmır. Başqa mənbələr də var. Məsələn, bu yaxınlarda mətbuatda Binəqədi rayonundakı Zeytunluq adlanan ərazidə aparılan tikinti işlərini rayon prokurorunun dayandırması haqda məlumatlar vardı. Bildirilirdi ki, prokuror Zeytunluqda ağacların kəsilməsi, torpaqların zəbt olunaraq hasarlanmasına qarşı addımlar atıb. Bu isə Xaləddin İsgəndərovun xoşuna gəlməyib, icra başçısı prokurora təpinib və sərt cavab alıb. Qaynağımız deyir ki, Zeytunluqdakı gecə əməliyyatlarına Xaləddin İsgəndərovun 1-ci müavini İlqar Süleymanov rəhbərlik edir. İddia olunur ki, onu Xaləddin İsgəndərova müavin Fazil Məmmədov göndərib. O, Fazil Məmmədovun yerlisi və kadrıdır. Rəsmi vəzifəsi ilə yanaşı qeyri-rəsmi ağac kəsmələr, torpaq zəbti, hasarlanması işlərinə baxır. Prokurorla başçı arasındakı qovğanın ərazidə 26 zeytun ağacının kəsilməsindən sonra qızışdığı da bildirilir. Faktiki isə orada çoxlu ağac məhv edilib. Xaləddin İsgəndərovun diqqət mərkəzində olan Zeytunluqda 1 sot torpağın qiyməti 50 min manatdır. Qaynağımız bildirib ki, gecə olan kimi əraziyə maşın gətirirlər, ağacları kötükdən çıxarıb yeri təmizləyirlər. Hər gecə 10-20 sot torpaq ağaclardan təmizlənir. Yəni 1-2 günün içində sonradan 1 milyon manata satacaqları torpağı zəbt edib hasarlayırlar. Bununla da Xaləddin İsgəndərovun gəlir mənbələri məhdudlaşmır. Qüdsü Bayramovla İlqar Süleymanovun əlində toplanan qeyri-rəsmi pullar sonradan Xaləddin İsgəndərovun bacısı oğlu Nicata ötürülür. “Qara pullar”ın ondan sonrakı hərəkətliyi haqda konkret bir məlumat “yoxdur”…musavat.com/

BIR CAVAB BURAXIN