“Xəsarətləri yüngüldür, qabırğaları sınıb”

0
698

“İçərisində azərbaycanlıların olduğu avtobusun Qarsda qəzaya uğraması nəticəsində ölən və ağır xəsarət alan yoxdur”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev deyib.

O bildirib ki, avtobus İstanbuldan İğdır istiqamətində hərəkət edib: “Hadisə nəticəsində 30-a yaxın şəxs yaralanıb. Onlardan sürücü Türkiyə, qalanları Azərbaycan vətəndaşıdır. Xəsarətlər yüngüldür, qol və qabırğa sınığı kimi xəsarətlərdir. Xəsarət alanlar Sarıqamış və Qars xəstəxanalarına yerləşdiriliblər”.

BIR CAVAB BURAXIN