Xərçənglə bağlı daha bir faktın üstü açıldı

0
704

Tibbdə yeni kəşf! İnsanlar xərçəngdən yox, kimyəvi üsulla müalicədən dünyasını dəyişir!

Tibbi fizika və fiziologiya professoru olan doktor Berkli Hardin Cons iddia edir ki, kimyəvi üsulla müalicə işləmir. Onun sözlərinə görə, xərçəngin sənayesinə yatırılan milyard dollarlar aldadıcı rəqəmlərdir.

O, həmçinin hesab edir ki, həkimlərin xərçəngin müalicəsi kimi kimyəvi terapiya təyin etməsinin yeganə səbəbi bu üsulun çoxlu pullar qazandırmasıdır.

Publika.az xəbər verir ki, Berkli Hardin Consun sözlərinə görə, xərçəngin müalicəsinə çəkilən xərc haradasa 300 000-1 000 000 dollar arasında dəyişir. Bu fakt həkimin bəyanatını daha inandırıcı edir.

Doktor Cons 25 il ərzində apardığı tədqiqatlara əsaslanaraq belə qənaətə gəlib ki, kimyəvi üsulla müalicə xəstələrə xərçəng xəstəliyinin özündən daha çox ziyan vurur. O deyir ki, kimyəvi üsulla müalicədən imtina edən insanlar orta hesabla 12 il çox yaşayır.

Kimyəvi terapiya qəbul edən xəstələrin əksəriyyəti xərçəng diqanozu qoyulduqdan sonra təxminən 3 il yaşayır, bəziləri hətta daha tez vəfat edir. Həkim onu da irəli sürüb ki, müalicədən imtina edən süd vəzi xərçəngi olan xəstələr kimyəvi terapiya müalicəsi keçən xəstələrdən dörd dəfə daha çox yaşaya bilərlər.

Milli xərçəng institutunun statistikası

2016-ci ildə xərçəngin ən geniş yayılmış növləri bunlar olub: qalxanabənzər vəzi, böyrək, süd vəzisi, ağciyər xərçəngi, prostat xərçəngi, yoğun bağırsaq, limfoma, düz bağırsaq, sidik kisəsi, dəri xərçəngi, leykemiya, mədəaltı vəzinin xərçəngi və uşaqlıq yolu xərçəngi.

Xərçəng xəstəliyindən ölüm halları kişilər arasında daha yüksəkdir. Hər 100 000 nəfərdən 2079 kişi, 1454 -ü qadınlardır.

Xərçəng diaqnozu qoyulmasına baxmayaraq, yaşayan insanların sayı 2014-ci ildə artaraq 14,5 milyona çatıb, 2024-cü ildə isə bu sayın təxminən 19 milyon dollara çatacağı gözlənilir.

Təxminən 39,6% kişi və qadınların həyatlarının hansısa məqamlarımda onlara xərçəng diqanozu qoyulub. (2010-2012-ci illərdə məlumatına görə)

Hesablamalara görə, 2014-cü ildə 19 yaşadək olan 15 780 uşaq və yeniyetməyə xərçəngi diqanozu qoyulub, onların 1960-ı bu xəstəlikdən ölüb.

2010-cu ildə Birləşmiş Ştatlarda onkoloji xəstəliklərin müalicəsi üçün milli xərclər təxminən 125 milyard dollar təşkil edib. 2020-ci ildə isə bu rəqəm 156 milyrad dollara çata bilər.

Təəssüf ki, statistika son vaxtlar göstərir ki, gələcəkdə təxminən hər 2 kişidən 1-i, hər 3 qadından 1-i xərçəng xəstəliyindən əziyyət çəkəcək. Daha pisi odur ki, bu dəhşətli xəstəliyin indiyədək müalicəsi tapılmayıb.

BIR CAVAB BURAXIN