Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir

0
762

“Azərbaycan və Ermənistan prezidentləri bu axşam görüşəcəklər.” ANS PRESS-in məlumatına görə, bunu Avropa  İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini öz “Twitter” səhifəsində yazıb.

Öz tvitində Mogerini hazırda Liviya üzrə danışıqların keçirildiyini, axşam Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün, sabah isə Suriyaya Beynəlxalq dəstək qrupunun iclasının keçiriləcəyi haqda məlumat verib.

In Vienna: now meeting on with Serraj; tonight meeting and Presidents; tomorrow Int Support Group for

Eyni zamanda Ermənistanın İctimai Televiziyasının Vyanaya ezam olunan müxbirinin məlumatına görə, prezidentlərin görüşü hələ də dəqiqləşdirilməyib.

O deyib ki, prezidentlərin bir araya gəlməsi ABŞ-ın dövlət katibi Con Kerri və Avropa  İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin Ermənistan prezidenti Serj Sarkisyanla  görüşünün nəticəsindən asılıdır. Artıq Sarkisyan, Mogerini və Kerri görüşünün olacağı təsdiqlənib.

BIR CAVAB BURAXIN