Əvvəlcə onunla erotik filmə çəkildi, sonra bacım dedi – Kənandan RƏZALƏT

0
693

Əvvəlcə onunla erotik filmə çəkildi, sonra bacım dedi - Kənandan RƏZALƏT - FOTOLAR

Arazinfo.com BiG.AZ -a istinadən xəbər verir ki, “Maşın” şounun bugünkü buraxılışında yekəxanalığı və qondarma oyunu ilə hər kəsdə qıcıq oyadan Kənan MM və Pərvin Abıyeva müğənni Səidə Sultana qarşı olsalar da, səsvermədə xalq sonuncunu seçdi.

Həm də nə az, nə çox – 70% səs çoxluğu ilə rəqiblərinə qalib gələn Səidə oyundan Pərvin Abıyevanı: “Getsin evdən qardaşına səs göndərsin” – sözləri ilə şoudan uzaqlaşdırdı.

Nəticələrin ən maraqlı tərəfi isə bir az sonra Pərvin Abıyevanın İnstagram profilində yaşandı.
Şounu tərk edən Pərvin öz səhifəsində – bir neçə saat öncə guya təvazökarlıq edib, qarşısında üzr istədiyi Səidə Sultanın ünvanına təhqiramiz ifadələr işlədərək, onu “şərəfsiz qadın” adlandırdı.

Bundan əsəbiləşən izləyicilər Pərvini ağ yuyub, qara sərdilər. İzləyicilər onu və Kənanı – əvvəlcə birgə erotik filmdə məşuq kimi çəkilərək öpüşdüklərini, indi isə bir-birinə “bacı-qardaş” adlandırmaqda suçladılar və hər ikisini yalançılıq və yekəxanalıqda suçladılar.

İki minə yaxın təhqir və tənqid dolu rəylər alan Pərvin sonda rəy bölməsini tamamilə bağlamaq və yazılanları silmək məcburiyyətində qaldı.

Amma qana susamış kütlə bununla sakitləşmədi. Onlar Kənan və bu cütlüyə tərəfkeşlik edən Tolikin profilini də tənqid və təhqir atəşinə tutdu.
Hər kəs Kənanın ikiüzlü oyun göstərdiyini – dünən:
“Sonadək maşından əlimi çəkməyəcəyəm, maşını udub Hüseyn Dəryanın oğluna verəcəyəm”,

bugün isə guya Pərvinin müdafiəsinə duraraq – səs toplayan Səidəyə:

“Pərvini yox, məni çıxart” – deyə, yalvarış etməsi tamaşaçılar tərəfindən ikrahla qarşılandı.

Öz növbəsində Səidə Sultan isə şouda növbəti dəfə şansı olarsa, millətə “tülkü” adı qoyaraq təhqir edən Kənanı çıxaracağı ilə hədələdi. Bu hədəyə rəqqasə Oksana da qoşuldu.

Anlaşılan – rejissor karyerasında uğursuz olan Kənan MM bu dəfə şouda da “oynamağı” bacarmadı və tamaşaçılar kimi bütün şou iştirakçılarının da nifrətinə səbəb oldu.

Xatırladaq ki, Kənanın lentə aldığı, özünün də rol aldığı və tərəf müqabili kimi Pərvini dəvət etdiyi “Gecə qonağı” erotik filmi böyük biabırçılıqla iflas etmişdi. Belə ki, film yerli kinoteatrlarda cəmi 1000 baxış əldə etmiş və bu səbəbdən nümayişdən çıxarılmışdı.

BIR CAVAB BURAXIN