Venesuela prezidenti Nikolas Maduro ölkədə yenidən prezident seçkilərinin keçirilməsi barədə bəzi Avropa ölkələrinin ultimatumunu rədd edib.
Arazinfo.com-un rambler.ru-ya istinadən verdiyi xəbərə görə, Maduro hazırda Venesuelada hər hansı prezident seçkilərinin keçirilməsinə ehtiyac olmadığını deyib: “Venesuelada növbəti prezident seçkiləri ölkə Konstitusiyasında nəzərdə tutulduğu vaxtda keçiriləcək. Ölkəmizdə hazırda növbədənkənar prezident seçkilərinin keçirilməsinə ehtiyac görmürəm və bununla bağlı bəzi Avropa ölkələri tərəfindən bizə verilən ultimatumu qəti şəkildə rədd edirəm”.
Xatırladaq ki, başda Fransa və Almaniya olmaqla bəzi Avropa ölkələri bir neçə gün öncə prezident Maduroya ultimatum verərək 8 gün ərzində ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar qəbul etməsini tələb etmişdilər.