Vatikan: dünyanın casus dövləti

0
953

 

Dünya xristianlarının müqəddəs yeri hesab edilən və belə demək mümkünsə onları idarə edən mərkəz rolunu oynayan Vatikan özünəməxsus siyasətə və sirlərə malikdir. Bu baxımdan Vatikanda orta əsrlərdə, intibah dövründə yaradılmış əvəzsiz sənət inciləri, qədim və qiymətli əl yazmaları, xristianların müqəddəs Dua kitabı və Avropada ən zəngin kitabxana saxlanıllır. Vatikanın Avropa üçün həm də elm mərkəzi olmasını təsdiq edən bir mühüm fakt da 1603-cü ildə burada Papa Elmlər Akademiyasının fəaliyyətə başlamasıdır. Bu akademiyanın əməkdaşları arasında bir neçə Nobel mükafatı laueratı var. Vatikan dünyada yaşayan 850 milyon nəfər katolik ( xrisitian dininin ana məzhəbi) üçün müqəddəs ocaq hesab edilir. Müqayisə üçün deyək ki, dünya müsəlmanları üçün müqəddəs Kəbə nə deməkdirsə, Vatikan da dünya xiristianları (katoliklər) üçün o deməkdir. Amma Vatikan həm də siyasi intriqalar, maliyyə fırıldaqları, müsəlman dünyasına qarşı yeni xaç yürüşləri mərkəzi, nəhayət casus yuvasıdır. Ümumiyyətlə XIV-XV əsrlərdən başlyaraq Vatikan islam aləminə qarşı yeni mübarizə mərkəzinə çevrilməyə başladı. Osmanlının tarixdən silinməsi, onun zəiflədilməsi, Səfəvilərlə Osmanlı və ümumiyyətlə Osmanlı-İran müharibələri, sonra isə Osmanlının idarəsi altında olan xalqların, o cümlədən yunanların, Balkan ölkələrinin və bunun ardınca ərəblərin türklər əleyhinə ayağa qaldırılması planlarının məhz Vatikandan hazırlanaraq reallaşdırıldığı ehtimal edilir. Yenə də qeyd edək ki, Vatikan günümüzdə Azərbaycan ərazilərini işğal edən Ermənistanla sıx əməkdaşlıq edir. Dağlıq Qarabağ münaqişəsinin körüklənməsi ssenarisinin də Vatikanda hazırlandığı barədə ehtimallar mövcuddur. Erməni emissarlar mütəmadi olaraq Vatikanı ziyarət edərək ondan nüfuzundan istifadə edərək Avropanın aparıcı xristian dövlətlərinə Qarabağ məsələsində kömək etməyi, beynəlxalq təşkilatları, o cümlədən Avropa Şurası və Avropa Birliyini erməniləri müdafiə etməsi üçün onlara təsir göstərməsini xahiş edir. Ola bilsin ki, məhz Vatikandan aldıqları tapşırılqarı və orada hazırlanan ssenariləri əsasında Avropa Birliyi və Qarabağ münaqişəsinin həllində vasitəçi rolunu oynayan ATƏT Minsk Qrupu işğalçı dövlətə dəstək verməkdə davam edirlər. Bu gün Şərqdə baş verən müsəlman qırğınlarında, o cümlədən Əfqanıstan, İraq, Suriya, Liviya, Dağlıq Qarabağ və digər yerlərdə tökülən qanların, islam dünyası əleyhinə günümüzdə həyata keçirilən yeni səlib yürüşlərinin də Vatikandan idarə olunduğu istisna edilmir. Amma qeyd etdiyimiz kimi Vatikan həm də dünyanın ən böyük casusluq yuvasından biri olaraq qalmaqda davam edir.

Faşizmlə ələ-ələ

Vatikanın xüsusi casus şəbəkəsi qurmasının kökləri əslində yüz illər əvvvəllərə, orta əsrlərə gedib çıxır. Həmin dövrdə Vatikan Osmanlıya və islam dünyasına qarşı xüsusi casusluq şəbəkəsi qurmuş və hətta Səfəvi sarayına öz casuslarını yerləşdirmək və onu Osmanlıya qarşı qaldırmaq cəhdlərinə baş vurmuşdu. Sonra bu casusluq şəbəkəsi böyüyərək hörumçək toru kimi islam dünyasını sarmağa başladı. Vatikan ötən əsrin 20-ci illərindən başlayaraq faşist Mussolini rejimi ilə sıx əlaqə quraraq pərdə arxasında ölkəni idarə etməyə başladı. Sonra isə Vatikan eyni tərzdə Almaniya faşistləri ilə gizli ittifaqa girdi. Vatikanın ötən əsrin 30-40-cı illərində faşist Almaniyası ilə sıx münasibətdə olması barədə Qərb mətbuatında kifayət qədər yazılar gedib. Lakin Vatikan həmişə vaxtında manevr edə və qlobal güclərə münasibətdə dəqiq, incə seçim edə bilib. Məhz bu çərçivədə də 1942-ci ilin sonlarında Almaniyanın SSRİ üzərində qələbə çalmasının asan olmayacağını və hətta məğlub belə ola biləcəyini hiss edən Vatikanın xüsusi xidmət orqanları ABŞ Strateji Xidmət İdarəsi ( indiki Mərkəzi Kəşfiyyat İdarəsi,MKİ) ilə əlaqələr qurdu. Bundan cəmisi 1 il sonra isə Vatikanın rəhbəri XII Piy ABŞ Strateji Xidmət İdarəsinin o dövrdəki şefi Uilyam Donovana müqəddəs Silvestr Böyük xaç ordenini təqdim etdi. Adətən bu orden Vatikan tərəfindən xristian dininin yayılmasında xüsusi xidmətləri olanlara, bu yolda böyük qəhrəmanlılqar göstərənlərə verilir. Sonralar məlum oldu ki, Donovanın belə bir ordenlə təltif edilməsinə səbəb Vatikanın Pro Deo (Allahın adı ilə) kəşfiyyat xidmətinin rəhbəri Morlion tərəfindən onun ələ alınması olub. Amerikada nəşr edilən “Mozer Couns” jurnalının yazdığına görə, II dünya müharibəsi illərində Vatikan pulla Hitler Almaniyasının sirlərini ABŞ kəşfiyyatına satıb.
II Dünya müharibəsi başa çatandan sonra Vatikanla MKİ arasında əlaqələr daha da genişləndi. Nəticədə Amerika vətəndaşı olan arxiyepiskop Pol Martsinkus Vatikanda rəhbər vəzifəyə irəli çəkildi. Bu da ABŞ kəşfiyyatına faktiki olaraq Vatikan üzərində nəzarəti ələ keçirməyə, Papaya isə ABŞ başda olmaqla Qərb dövlətlərininin rəhbərlərinə təsir edə, onların vasitəsi ilə o dövrdə sosializm bloku və islam ölkələrinə qarşı Pro Deo kəşfiyyatı tərəfindən hazırlanan ssenarilərini reallaşdırmaq imkanları verdi. SSRİ dağılandan sonra isə Vatikan bu dəfə bütün diqqətini Şərq ölkələrinə yönəldib. Faktiki olaraq hazırda Yaxın Şərqdə həyata keçirilən müsəlman qırğınında Vatikan xüsusi xidmət orqanları fəal iştirak edir. Bəzi məlumatlara görə, bölgədə baş verən bütün hadisələrə münasibətdə Qərb dövlətləri Vatikanın göstəriş və tövsiyələri əsasında hərəkət edirlər.

Vatikan casusları ikili oyunda

Vatikan istənilən vəziyyətdən, o cümlədən soyuq müharibə dövründə həm Qərbdən, həm də SSRİ-dən öz maraqları üçün istifadə etməyə cəhd edib. Bunu ABŞ kəşfiyyatının keçmiş zabiti, ötən əsrin 80-ci illərində prezident Reyqanın məsləhətçisi vəzifəsində işləyən Con Kelerin yazdığı “Casuslar Vatikanda” ( “Spies İn the Vatikan”) kitabındakı faktlar da sübut edir. Müəllifin yazdığına görə, SSRİ 1960-cı ildən başlayaraq Vatikanda öz casuslarını yerləşdirməyə başlayıb. Bu işdə SSRİ Almaniya Demokratik Respublikasının Baş Kəşfiyyat İdarəsinin (“Ştazi”) rəhbəri Markus Volf xüsusi rol oynayıb. Volf, Benedikt rahibi Oyqen Brammartsı, Münhen Universitetinin fəlsəfə bakalavrı Alfons Başbyuş və Paul Dissemondu Vatikann ali dairələrinə yeridə bilmişdi. Yenə də belə ehtimal edilir ki, SSRİ ilə əməkdaşlığa razı oan casus rahiblər bunu Papanın göstərişi ilə ediblər.
1974-cü ildən “Ştazi” şefi Markus Volfa işləyən Dissemond Vatikanla bağlı bəzi sirləri ələ keçirə bilmişdi. 1945-cı ildə SSRİ kəşfiyyatı tərəfindən ələ alınan Oygen Brammarts da Vatikan xüsusi xidmət orqanları ilə sıx əlaqə qurmuşdu. Bir sözlə həmin dövrdə Vatikan əl altdan soyuq müharibə dövrünin hər iki cəbhəsinə işləyirdi. Sonralar onların sıralarına Vatikanın ali dairələrində böyük nüfuza sahib olan Başbyuş, həmçinin keşiş Stanislav Xeymonun da adları əlavə olundu. 2005-ci ildə Polşada Xeymona qarşı casusluq ittihamı ilə cinayət işi başladıldı. O isə bütün bunları rədd etdi. Ancaq o eyni zamanda də heç də sadəlövh adam olmadığını bildirərək bu prosesdə pərdə arxasından iştirak etdiyini təsdiq etmiş oldu.
Lakin onu da demək lazımdır ki, SSRİ Vatikanini iki tərəfə işləyən casusları vasitəsi ilə başda ABŞ olmaqla Qərbin ən gizli sirlərini öyrənə və bundan beynəlxlaq aləmdə öz xeyrinə istifadə edə bilmişdi. Bununla belə Vatikanın xüsusi xidmət orqanları hazırda olduqca çevik, diqqəti cəlb etməyən siyasət yeridir və onlar Papanın dünya xristianlarının rolu oynaması üçün uğulu fəaliyyət göstərirlər. Bu müstəvidə isə mini dövlət olan Vatikan tədricən dünyanın supergüc mərkəzinə çevrilməkdədir.
Əziz Mustafa

BIR CAVAB BURAXIN