Vaşinton Putinə qulaq asmadı – Kiyevə hücum başlanacaq!

0
756

ABŞ Konqresinin Nümayəndələr Palatası “Ukraynada sabitlik və demokratiyanın dəstəyi Haqqında” qanunu bəyənib.

 

Bu haqda Ukraynanın Vaşinqtondakı səfirliyinin “Facebook” səhifəsində bildirilir.

 

Qanun Kiyevə ölümcül silahların çatdırılmasına icazə verir.

 

Prosedura əsasən, qanun layihəsi həmçinin Konqresin yuxarı palatası  – Senat tərəfindən bəyənilməli və ölkə prezidenti tərəfindən imzalanmalıdır.

 

Qeyd edək ki, ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp Ukraynaya silah verilməsinin əleyhinə olduğunu bəyan edib. Onun demokrat rəqibi, keçmiş dövlət katibi Hillari Klinton isə bildirib ki, prezident seçiləcəyi halda Kiyevə ölümcül silahı verə bilər.

 

Xatırladaq ki, rəsmi Moskva ABŞ-ın Ukrayna silah verəcəyi halda Donbas münaqişəsinin daha da gərginləşəcəyini dəfələrlə bəyan edib.

 

Rusiya ABŞ-ın Ukrayna ordusuna silah verəcəyi təqdirdə Kiyevi hücumla hədələyib. Ukrayna parlamentinin “Xalq cəbhəsi” fraksiyasının deputatı Anton Qeraşenko ötən il bildirib ki, Rusiya ABŞ-ın Ukrayna ordusuna silah verəcəyi təqdirdə Kiyevi hücumla hədələyib.

Deputatın sözlərinə görə, bu barədə ona Vaşinqtonda deyiblər.

“Mən Vaşinqtonda idim, bir sıra analitik qruplarla görüşdüm. Onlara sual verdim ki, Obama Ukraynaya silah verilməsi haqda Konqresin rəsmi qərarından niyə bu qədər inadla imtina edir? Mənə bildirdilər ki, Kremldən Obama və köməkçilərinə xəbərdarlıq edilib: əgər ABŞ Ukraynaya silah verərsə, o zaman bütün cəbhə boyu Kiyevə hücum etmək qərarı veriləcək. Çünki Amerika silah versə, dinamika Ukraynanın xeyrinə dəyişəcək. Biz Donetski geri alacağıq, Krımın blokadasını yaracağıq və Rusiya məğlub olacaq”, – deyə o bildirib.

Publika.az

 

BIR CAVAB BURAXIN