Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü döyüş meydanında bərpa etdi

0
1721

İki il yarım bundan əvvəl Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü döyüş meydanında bərpa etdi.

Odlar yurdu Azərbaycan! Bu üç sadə kəlmə bütöv bir xalqın, bütöv bir məmləkətin tarixinin ifadəsidir. Bu ad həmin insanların inanclarını, yaşamaq uğrunda çarpışmalarını, həm də zaman zaman onların yadellilərə qarşı apardıqları mübarizəni özündə əks etdirir. Xalqımız həmişə sülh tərəfdarı olub. Buna görə də səbr nümayiş etdirərək, münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə beynəlxalq səviyyədə aparılan danışıqlara dəstək vermişdir. Məqsədimiz həmişə belə olmuşdur: Münaqişə ədalətli sülhlə başa çatmalı, respublikamızın ərazi bütövlüyü təmin olunmalıdır. Azərbaycanın ədalətli mövqeyi beynəlxalq birlik tərəfindən də həmişə dəstəklənib. Azərbaycan və BMT arasında əməkdaşlıq Azərbaycan müstəqillik əldə etdikdən sonra qurulmuşdur. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan-Ermənistan münaqişəsinə dair qətnamələr qəbul etmişdir.  Bu qətnamələr Azərbaycaycanın ərazi bütövlüyünü təmin edirdi. Lakin mənfur düşmən bu qətnaməyə əməl etməkdən boyun qaçırırdı. BMT də hərbi qüvvələrin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz geri çıxarılması barədə dörd qətnamə qəbul etmişdir. Erməni tərəfi isə BMT-nin qətnamələrini yerinə yetirməyib, danışıqlara əməli mövqe nümayiş etdirməyib, bu səbəbdən də münaqişənin həlli həmişə yubanıb. Lakin xalqımızın səbri tükənməz deyildir. Sülh danışıqları sonsuza qədər davam edə bilməzdi.

Təəsüflər olsun ki, BMT qətnamələri düz 28 il kağız üzərində qaldı. Mənfur düşmən Beynəlxalq hüququ və Təhlükəsizlik Şurasının qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazisindən çıxartdı, əksinə işğalı davam etdirdi. Azərbaycan rəhbərliyi daim BMT-nin bütün iclaslarında diqqəti Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməklə yanaşı, onların bu məsələdə səylərini artırmağa çalışmışdır. Ulu Öndər Heydər Əliyev keçirilən bütün iclaslarda Azərbaycanın mövqeyini həmişə açıqlamışdır. Heydər Əliyev irsinin davamçısı cənab Prezident İlham Əliyev də həmişə xarici siyasətində BMT əlaqələrinə xüsusi əhəmiyyət vermişdir. Amma bütün çağırışlar cavabsız qalmışdır. Daha da azğınlaşmış, yeni müharibə planları hazırlayan, təxribatlarla məşğul olan Ermənistan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” altında birləşərək Ermənistanı özü cəzalandırdı. Ermənistanın 27 sentyabr 2020-ci il tarixində törətdiyi təxribatlara cavab olaraq Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə məqsədilə Ermənistana qarşı əks hücum əməliyyatlarına başladı və düşmənə ölümcül zərbə vurularaq torpaqlarımız azad edildi.

Səliqə İsmayılova  – Zərdab şəhər 1 saylı məktəb-liseyin direktor müavini