Vəhabilər namaz qılan azərbaycanlılara hücum etdi

0
607

Moskvanın Cümə məscidinə Məhərrəmlik ayı ilə əlaqədar toplaşan şiələrə hücum olub.

Lent.az-ın Rusiya paytaxtındakı mənbələrinə istinadən verdiyi xəbərə görə, bu gün saat 20 radələrində Mir prospektində yerləşən Cümə məscidinə 30-dək vəhabi təriqətinə aid şəxslər hücum edib .

Onlar qapıları sındırıb məscidə daxil olaraq namaz qılan şiələri döyməyə başlayıblar. Məcidin ətrafında olan 20-ə yaxın polis hücumun qarşısını ala bilməyib.

Məscid rəhbərliyinin hücum edənlərə sakitləşmək çağırışı nəticəsiz qalıb.

Bundan sonra hadisə yerinə 50-dək “OMON”-çu gəlib. Polis əməkdaşları Moskva “Əhli Beyt” cəmiyyətinin rəhbəri Nizami Baloğlanovu saxlayıb. Lakin, məsciddə toplaşan dindarların təzyiqindən sonra o sərbəst buraxılıb.

Hazırda məsciddə gərginlik davam edir.

Hücum edənlər insidentdən sonra hadisə yerindən uzaqlaşıblar.

BIR CAVAB BURAXIN