Yenicag.az-a açıqlama verən aparıcı onun arxasınca danışan kişi həmkarının ünvanına ağır sözlər söyləyib:
“İnsanlar var ki, üzünə gülür, səni özünə dost, rəfiqə sayır. Amma arxanca min dənə söz danışır, paxıllığını çəkir, ayağının altını qazıyır. Qeybət edən adamın kişi olduğunu biləndə, təəssüf hissi keçirirsən. Bu yaxınlarda mənim verilişimi izləyən bir nəfər tanınmış aparıcı haqqımda dedi-qodu edib, deyib ki, “əşşi, Aytəkin aparıcı deyil ki…” Özünü mənə rəfiqə sayan birisi də onun sözünü təsdiqləyib. Utanmır, adını kişi qoyub, amma arvad kimi qadınların arxasınca danışır. Əvvəllər kişi olan kəs özünə hörmət qoyardı, dedi-qodu etməyi özünə sığışdırmazdı. İndi kişilər arvad kimi qeybət etməkdə qadınları da geridə qoyub. Buna görə utanıb xəcalət çəksinlər”.