Azərbaycanda insan hüquqları sahəsində ədalətsizliyə etiraz edərək, könüllü prokurorluq orqanlarından istefa verən Zərdab rayon prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovla isti münasibətinə görə prokurorluq orqanlarından xaric edilənlər olub.
Rüfət Səfərovla yaxın münasibətləri olanQubadlı rayon prokurorunun köməkçisi Adil Məmmədov sabiq müstəntiqin istefasından sonra davamlı olaraq, onunla telefon əlaqəsi yaradıb və bir neçə dəfə görüşləri olub.
Bu yaxınlığının güdazına gedən Adil Məmmədov “15 dəqiqə işə gecikməsi” səbəbiylə prokurorluq orqanlarından xaric edilib. Bu yaxınlarda isə müxtəlif yollarla Amerikaya yollanan sabiq prokuror köməkçisi Rüfət Səfərovla yaxınlığını sübut edən yazışmaları, birgə fotolarından istifadə edərək, Kaliforniyada oturum ala bilib.
Gununsesi.info-ya açıqlamasında Rüfət Səfərovun vəkili Bəhruz Bayramov xəbəri təsdiqləyib. Onun sözlərinə görə, həmin vaxt Adil Məmmədov Rüfət Səfərova bu olayı ictimailəşdirməməyi tövsiyyə etdiyindən olaydan ictimaiyyətin xəbəri olmayıb.